İran Pompeonun “dəstəyinə” münasibət bildirdi

Oxundu: 64
İran Pompeonun “dəstəyinə” münasibət bildirdi

İran Xarici İşlər Nazirliyi ABŞ-ın baş verət etirazlara dəstəyini pisləyib.

 

İslaminSesi Alalam-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ-ın dövlət katibi Mayk Pompeonun İrandakı etiraz aksiyalarına verdiyi dəstəyi pisləyib.

 

Məsələyə münasibət bildirən Abbas Musəvi: “ABŞ dövlət katibinin İranın bir sıra şəhərlərindəki iğtişaşlara dəstəyini pisləyirik və biz bunu İran işlərinə müdaxilə hesab edirik” deyə ABŞ-ı İranın daxili işlərinə qarışmaqda və iğtişaşlara təşviqdə ittiham edib.

 

ABŞ Dövlət katibinin açıqlamaları Vaşinqtonun İran xalqına qarşı pis niyyətlərini əks etdirir deyən Musəvi, Amerikanın heç bir vədinə sadiq olmadığını bildirib.

 

Qeyd edəkki, ABŞ Dövlət katibi Mayk Pompeo, dünən bazar günü İranda baş verən etirazları dəstəklədiyini bildirən bəyanatla çışış etmişdi. 

 

Xatırladaq ki, İranda benzinin qiymətinin qalxması ilə bağlı verilən qərar xalqın narazılığı ilə qarşılanıb. İranın bir çox böyük şəhərlərində insanlar etiraz olaraq küçələrə çıxıb. İran media mənbələrinin yaydığı məlumata görə, hətta bəzi bölgələrdə benzin doldurma məntəqəsi və idarə binaları yandırılıb.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system