İran nüvə sazişindən tamamilə çıxmağa hazırdır - Cavad Zərif

Oxundu: 615
İran nüvə sazişindən tamamilə çıxmağa hazırdır - Cavad Zərif

İran nüvə sazişindən tamamilə çıxmağa hazırdır.

İslaminSesi-nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, bu haqda İran XİN başçısı Məhəmməd Cavab Zərif bildirib.

 

Onun sözlərinə görə, İran "lazım gəlsə" vasitəçi ölkələrlə Birgə Hərtərəfli İş Planından (BHİP) çıxa bilər.

 

Bununla yanaşı, Zərif Avropa ölkələrini İran iqtisadiyyatını ABŞ sanksiyalarından qorumaq üçün səy göstərməyə çağırıb, əks təqdirdə isə, ölkəsinin sənəd üzrə öhdəlikləri ixtisar etməkdə davam edəcəyini bildirib.

 

XİN başçısı əlavə edib ki, onun haqda tətbiq olunan ABŞ sanksiyaları danışıqların müvəffəqiyyətsizliyinin göstəricisidir. Zərifin sözlərinə görə, Vaşinqton dildə sülh müzakirələrinə çağırış etsə də, əməldə bunu istəmədiyini göstərir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system