NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İran mediası “sikkə sultanı”nın edama aparılması görüntülərini yayımlayıb (VİDEO)

Oxundu: 150
İran mediası “sikkə sultanı”nın edama aparılması görüntülərini yayımlayıb (VİDEO)

İranda 2 tona yaxın qızılı yığıb möhtəkirlik etdiyi deyilən “Sikkə sultanı” və “Molla Ömər” ləqəbli Vəhid Məzlumin və onunla əlbir olan Məhəmməd İsmayıl Qasimini və Məhəmməd Salimi ötən gün edam ediliblər.

“İslaminSesi” xəbər verir ki, İran mediası edama məhkum edilmiş məhkumların dar ağacına aparılması görüntülərini yayımlayıb.

Həmçinin görüntülərdə məhkumların vəsiyyət yazması və son sözləri də əks etdirilib.

 

Qeyd edək ki, Sikkə sultanı” ləqəbli Vəhid Məzlumin, Məhəmməd İsmayıl Qasimi və onlarla əlbir olan Məhəmməd Salim İran məhkəməsi tərəfindən “Yer üzündə fəsad törətmə” maddəsi ilə ittihamlandırılaraq edma məhkum ediliblər.

 

İran polisi cari ayın iyulunda ölkədə qızılın və valyutanın qiymətində gərginliyin yaranmasında əli olan “sikkə sultanı”nı həbs ediblər. Tehranın Polis İdarəsi həmin zamanda jurnalistlərə verdiyi məlumatda bildirib ki, sikkə sultanı” ötən ildə bazardan 2 ton qızıl sikkəni yığaraq möhtəkirlik edib.

/SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system