NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İran Hörmüz boğazını bağlayacaq - İran admiralı

Oxundu: 448
İran Hörmüz boğazını bağlayacaq - İran admiralı

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrləri komandiri, kontr-admiral Əli Rza Tanqsiri xəbərdarlıq edib ki, əgər İrana beynəlxalq qaydalar üzrə beynəlxalq su yolu olan Hörmüz boğazında üstünlüklər verilməyəcəksə, o, bu strateji boğazı bağlayacaq.

İslaminSesi-nin İran.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda o, Tehranın ərəbdilli "Əl-Aləm" telekanalında çıxış edərkən bildirib.

 

Admiralın sözlərinə əsasən, İİKK hərbi qüvvə olmaqla yanaşı, həm də ölkənin inkişafında mühüm rol oynayır.

 

Tanqsiri əlavə edib ki, qvardiyaçılar daşqından zərər çəkən rayonlarda xilas etmə və humanitar əməliyyatlarda əhəmiyyətli rol oynayıblar.

 

Komanir qeyd edib ki, ABŞ-ın İranla düşmənçiliyi onların İsrail rejimini tam dəstəkləməsinin nəticəsidir.

 

İran neftinin satışı barəsində ABŞ-ın təhdidlərinə münasibət bildirən Tannqsiri deyib: "Əgər beynəlxalq qaydalar üzrə beynəlxalq su yolu olan Hörmüz boğazında İranın mənfəəti nəzərə alınmayacaqsa, biz onu bağlayacağıq. Əgər hər hansı bir təhlükə yaransa, biz, sübhəsiz, öz sularımızı qoruyacağıq. Məsələ İranı müdafiə etməyə çatdıqda, biz cavab tədbirləri görəcəyik".

 

Qeyd edək ki, ABŞ administrasiyası İranla əməkdaşlığı davam etdirmək üçün 8 ölkəyə verdiyi 180 günlük güzəşt müddətini uzatmayacağını bəyan edib. Bu ölkələr Çin, Yunanıstan, Hindistan , İtaliya, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyədir. ABŞ-ın verdiyi həmin müddət mayın 2-də bitir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system