İran generalı: "İsraili yox etmək üçün böyük potensial var..."

Oxundu: 85
İran generalı:

İsraili yox etmək üçün böyük potensial var, amma şərtlər hələlik uyğun deyil.

Bunu İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami Livanın Əl Mayadeen telekanalına verdiyi açıqlamasında deyib.

 

"İsrailə xəbərdarlıq edirik. Atdıqları addımlara diqqət yetirsinlər. Onlar amerikalılardan da kiçikdirlər. İşğal altında olan torpaqlardakı bütün obyektlərini hədəf ala bilərik. Sadəcə İrandan deyil, başqa bölgələrdən də vura bilərik", - deyə Salami bildirib.


O, SEPAH-ın Qüds qanadının komandanı Qasim Süleymaninin öldürülməsinə ABŞ-ın İraqdakı bazasına raket zərbələri endirilərək, qarşılıq verildiyini deyib:


"ABŞ hər bir ölkəyə hücum etdiyi zaman bunun cavabsız qalacağını düşünür. Dolayısı ilə bu yanlış hesablamanı İran məsələsində də etdilər. Amma bu dəfə cavabsız qalmadı. Əsas cavab Süleymaninin yolunun davam etdirilməsi və məqsədlərinin həyata keçirilməsidir"./Qaynarinfo/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system