İran əhalisi Ali Liderin açıqlamasından sonra meydanlara axışdı – Video

Oxundu: 6134
İran əhalisi Ali Liderin açıqlamasından sonra meydanlara axışdı – Video

İranın bir çox böyük şəhərlərində əhali izdihamlı şəkildə meydanlara axışıb.

 

İslaminSesi Alalam-ə istinadən xəbər verir ki, bu, İslam İnqilabı Lideri Ayətullah Xameneinin son hadisələrlə və xarici müdaxilələrlə bağlı açıqlamasından sonra baş verib.

 

Ölkədə təxribat və xaos yaraqmaq istəyən qüvvələrə itiraz bildirən əhali, Ali Dini Liderin yanında olduqlarını bildiriblər.

 

Mərkəzi əyalətlərdə, o cümlədən Gilan, Həmədan, Lorestan, Ərdəbil, Zəncan, Çahar Mahal, Bəxtiyari, Şərqi Azərbaycan, İlam və Kermanşah kimi böyük əyalətlərdə minlərlə insan fitnə, xaos əleyhinə, o cümlədən Amerikaya ölüm şüarları səsləndiriblər.

 

Hənçinin digər əyalətlərin də cümə günü üçün yürüşlərə hazırlaşdığı bildirilir.

 

Hadisələrə münasibət bildirən prezident Həsən Ruhani, İran xalqının növbəti bir imtahandan üzü ağ çıxdığını vurğulayıb.

 

Həmçinin İsveçrənin Tehrandakı səfirini ABŞ maraqlarına uyğun olaraq İranın daxili işlərinə qarışmaqda ittiham olunaraq Nazirliyə çağırıldığı bildirilib.

 

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo, İranda iğtişaşlar zamanı əhalini ayaqlanmağa təşviq edən bəyanat vermiş, hətta Amerika rəsmilərindən İranı tam internetlə təmin etmək iqtidarında olduqlarını bildirənlər də olmuşdu.

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system