NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 329
İran ballistik raketlərin inkişaf etdirilməsi haqda mühüm açıqlama verib

İran ballistik raketlərin inkişaf etdirilməsi haqda mühüm açıqlama verib

“Raketlərin uçma məsafəsinin artırılması üçün elmi və nəzəri biliklərə malikik. Amma indi bizim siyasətimiz bu raketlərin vurma məsafəsinin 2 mindən çox artırılması deyil.”

İslaminSesi.info İRNA-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun baş komandanı Məhəmməd Əli Cəfəri deyib.

 

Bu gün İranda keçirilən simpozumların birində çıxışı zamanı Sepah komandanı bildirib ki, ölkəsi ballistik raketlərin uçuş məsafəsinin 2 mindən çox artırılmasını məqsəd kimi nəzərdə tutumayıb.

 

“Raketlərin uçma məsafəsinin artırılması üçün elmi və nəzəri biliklərə malikik. Amma indi bizim siyasətimiz bu raketlərin vurma məsafəsinin 2 mindən çoxa artırılması deyil. Çünki hədəflərin çoxu 2 min km radiusda yerləşir. Elə bu uçuş məsafəsi İran İslam Respublikasının təhlükəsizliyini təmin edir.” deyə Sepah generalı ballistik raketlər proqramında digər mühüm hədəflərin nəzərdə tutulduğunu bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system