NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"İran Amerika ilə heç bir danışıqlara getməyəcək, müharibə də olmayacaq" - Ayətullah Xamenei

Oxundu: 1045

İranın Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamenei ABŞ-la heç bir danışıqların olmayacağını bildirib.

 

"İslaminSesi" İran KİV-nə istinadən xəbər verir ki, Ali Dini Lider Seyid Əli Xamenei bu gün ölkə rəsmiləri, parlament üzvləri və siyasi xadimlərlə görüş keçirib.

 

Dini Lider İranın ABŞ-la heç bir danışıqlara getməyəcəyini bildirib. Həmçinin müharibə olacağından təlaş edənlərə belə bir mesaj göndərib:

 

"Müharibə heç vaxt olmayacaq! 

Bəziləri deyir danışıqlar edək nə eybi var ki?

Bilin ki, müzakirə zəhər kimidir...

Amerika elə əvvəldən indi olduğu kimi olub...

ABŞ-ın mövcud administrasiyası ilə danışıqlar ikiqat zəhərdir.

Amerikanın nəzərində müzakirə bazarlıq və acizlikdir...

Deyirlər sizin müdafiə silahlarınızı müzakirə edək, biz sizi vursaq siz bizi vura bilməyəsiniz, cavab verə bilməyəsiniz...

Heç bir düşüncəli iranlı istəməz ki onun müdafiə gücü müzakirə olunsun..."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system