NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İran ABŞ-ın sanksiyalarından BU YOLLA xilas oldu

Oxundu: 114
İran ABŞ-ın sanksiyalarından BU YOLLA xilas oldu

Almaniya, Fransa və Böyük Britaniya İranla ticarəti asanlaşdırmaq və ABŞ sanksiyalarından yan keçmək məqsədilə bu ilin fevralında rəsmi olaraq yaratdığı İNSTEX (İnstrument in Support of Trade Exchanges - Ticarət mübadilələrinə dəstək aləti) xüsusi ödəmə mexanizmi işə düşüb, artıq ilk köçürmələr icra olunur və daha çox Aİ-yə üzv ölkə bu mexanizmə qoşulacaq.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmid İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) dair Vyana görüşündən sonra öz Twitter səhifəsində yazıb.

 

Onun sözlərinə əsasən, BHFP birgə komissiyasının Vyana iclasında səmərəli müzakirələr aparılıb, habelə Ərək və Fordou layihələrinə dair irəliləyiş əldə olunub:

 

“Bütün iştirakçılar tərəfindən İran razılaşmasının tam və səmərəli yerinə yetirilməsi başlıca vəzifə olaraq qalır”.

 


 

İNSTEX-in fəaliyyətə başlaması haqda məlumatı İran Daxili işlər nazirinin köməkçisi Abbas Araqçı da təsdiqləyib:

 

“INSTEX fəaliyyət başladı və ilk transfer gerçəkləşdirildi. Avropa İttifaqı, Fransa, Almaniya, İngiltərənin qurduğu INSTEX Avropadan kənardakı üçüncü ölkələrin istifadəsinə də açıla bilər”.

 

Похожее изображение

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system