NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İran ABŞ-ı NPT-dən çıxmaqla təhdid edib

Oxundu: 265
İran ABŞ-ı NPT-dən çıxmaqla təhdid edib

“ABŞ-ın nüvə sazişindən çıxıb onu ləğv etməsi İranın “Nüvə Silahlarının Yayılmaması Anlaşmasından” (NPT) çıxması deməkdir.”

İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, bunu İranın Məsləhət Şurasının sədri Mohsen Rzayi deyib.

 

Qeyd edək ki, bundan öncə İranın Milli Təhlükəsizli Ali Şurasının sədri kontr-Admiral Əli Şəmxani də oxşar fikiri səsləndirmişdi.

 

O Rusiyada keçirilən təhlükəsizlik konfransına yola düşmədən öncə bildirib ki, ABŞ-ın nüvə sazişindən çıxacağı təqdirdə İranında NPT-dən çıxma seçimi istisna edilməyəcək.

 

Xatırladaq ki, Donald Tramp administrasiyası beynəlxaq ictimaiyyəti təmsil edən Altılıq ölkələrinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişinin ABŞ üçün faciəli anlaşma olduğunu bildirib və ona əlavələrin edilməyəcəyi təqdirdə onu ləğv edəcəyini bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system