İqtisadi böhran yaşayan Livanın Baş naziri bir sıra ölkələrdən yardım istədi

Oxundu: 191
İqtisadi böhran yaşayan Livanın Baş naziri bir sıra ölkələrdən yardım istədi

Livan Baş naziri Hariri Türkiyə prezidenti Ərdoğan da daxil olmaqla bir sıra dövlətlərin liderlərinə ünvanladığı müraciətdə, ölkəsinə qida və xam maddələrin idxalının asanlaşdırılmasının təmin edilməsini istəyib.

İslaminsesi-nin Livanın rəsmi agentliyi olan NNA-ya istinadən verdiyi xəbərə görə, Hariri, Türkiyə prezidenti Ərdoğan, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz, Fransa prezidenti Emmanuel Makron, Rusiya prezidenti Vladimir Pütün, Misir prezidenti Abdulfəttah əs-Sisi, Çinin Baş naziri Li Keqianq, İtaliyanın Baş naziri Cuzeppe Konte və ABŞ dövlət katibi Mayk Pompeoya məktub göndərərək ölkəsi üçün dəstək istəyib.

 

Hariri, göndərdiyi məktublarda bu ölkələrdən Livana qida və xam maddə idxalatı ilə bağlı akkreditasiya verilməsini tələb edib.

 

Baş nazir Haririnin bu addımı, likvidlik çətinliyi yaşanan Livanda idxalat üçün uyğun şərtlərin təmin edilməsinə cəhd kimi qiymətləndirilir.

 

Livan iqtisadiyyatının, 1975-1990-cı illərdə baş verən müharibədən bu yana ən böyük böhran yaşadığı bildirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system