NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İnstagram istifadəçilərinə BƏD XƏBƏR - Like görməyəcəksiz

Oxundu: 269
İnstagram istifadəçilərinə BƏD XƏBƏR - Like görməyəcəksiz

İnstaqram yeniliklər tətbiq etməyə davam edir. Lakin bu dəfəki yeniliklərin hamısı sevindirici olmaya bilər.

 

İslaminSesi-nin Tvzvezda.ru-ya istinadən verdiyi xəbərə görə, Facebook şirkətinin nümayəndələri San-Xosedə F8 konfransında Instagram-ın yeni versiyasını təqdim ediblər.

 

Belə ki, yaxın vaxtlarda sosial şəbəkənin dizaynı dəyişəcək və yeni funksiyalar işə salınacaq.

 

Bundan sonra şəkillərdə yalnız insanları deyil, həmçinin geyim markalarını da qeyd etmək mümkün olacaq.

 

İnstagram-da yeni stikerlər də çıxacaq. Onların vasitəsilə qeyri-kommersiya təşkilatları xeyriyyəçilik üçün vəsait toplaya biləcək.

 

Bundan başqa, yeni kamera rejimini tətbiq olunacaq, lakin bu funksiyanın təfərrüatları açıqlanmır.

  

Sevindirici olmayan yenilik isə ondan ibarətdir ki, artıq  siz yalnız öz paylaşımlarınızın nə qədər bəyənildiyini görə biləcəksiniz.

 

 

Görünür, şirkət istifadəçilərin sadəcə bəyənilmə sayına köklənməsini istəmir. Bundan sonra başqalarının paylaşımlarını bəyənənlərdən sadəcə birinin adını görəcəksiniz. Paylaşımı bəyənən digər istifadçilərin adı “Digərləri” adı altında görünəcək və yalnız məlumatı paylaşan şəxs bəyənənlərin sayı və adlarını görəcək.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system