NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 404
İnsanın Mütəal Allaha yaxınlığının ölçüsü onun məhəbbəti qədərindədir

İnsanın Mütəal Allaha yaxınlığının ölçüsü onun məhəbbəti qədərindədir

İnsanın dinsiz, əqidəsiz olması qeyri mümkündür. Hətta mən dinsizəm, deistəm deyən belə, bir ideologiyaya əsaslanır. Bu onun özündə formalaşdırdığı, zehnində hasil etdiyi bir ideologiyadır,bir dindir. Lakin ilahi dindən fəqli olan bəşəri bir dindir.

İslaminSesi.info- “Din sevgi və nifrətdən başra bir şey deyil” buyurub Allahın Rəsulu (s).

 

İnsan mənəviyyat sahibi bir varlığdı. İlahi dinlər də onun bu mənəviyyatını paklamağ, onu rəbbinə doğru ucaltam üçün təyin edilmiş Allah qanunlarıdır.

 

İnsanın dinsiz, əqidəsiz olması qeyri mümkündür. Hətta mən dinsizəm, deistəm deyən belə, bir ideologiyaya əsaslanır. Bu onun özündə formalaşdırdığı, zehnində hasil etdiyi bir ideologiyadır,bir dindir. Lakin ilahi dindən fəqli olan bəşəri bir dindir.

 

Allahın dini Onun nurudur (rəhmətidir). O bu nurla insanın qəlbini paklayır, işıqlandırır. Pak qəlb, nurlu qəlb yalnız nura doğru meyl edər, yalnız nura məhəbbət göstərər. Nurla ucalar. Zülmətə meyl göstərməz, zülməti sevməz. Zülmət əhlindən də uzaq olar.

 

Ayətullah Yəqubi Qaini (r) insanın dəyər və ona dəyər qazandıran mühüm amilə toxunaraq buyurur:

 

“ İnsanın Mütəal Allaha yaxınlığının ölçüsü onun məhəbbəti qədərindir. Əgər Allah ona zərrə qədər məhəbbət əta etmişdirsə bütün işlər (cətinlik və sıxıntılar) onun üçün asan olar.”

(Səfinətus-Sadiqin)

 

Bəli Allaha və Onun məxluqatına məhəbbət, pisliklərə və “zülmətə” nifrət insanlığın göstəricisi və Allaha yaxınlığın ölçüsüdür:

 

“Sizin Allah yanında ən əziziniz ən təqvalı (mömin) olanınızdır”

(Hucurat-13)

 

Yaşar Nuriyev

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system