NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İnsan gözü barədə inanılmaz faktlar - VİDEO

İnsan gözü barədə inanılmaz faktlar - VİDEO

İslaminSesi bildirir ki, insan təqribən 576 meqapixel çərçivəsində görür.

İnsan gözü ultra bənövşəyi də görə bilər. Lakin bu hər zaman alınan bir məsələ deyil. Məsələn bəzi heyvanlar ultra bənövşəyi rəngdə görə bilirlər. Bura amfimibiyalar, həşəratlar və balıqlar daxidir. Hətta az da olsa bir sıra məməlilər- siçanlar, yarasalar və marallar da ultra bənövşəyi rəngi seçə bilirlər. Bu onlara imkan verir ki, dişiləri cəlb etsinlər, qida tapa bilsinlər və yırtıcılardan qoruna bilsinlər. İnsan gözünün billuru  təbii formada ultra bənövşəyi şüaları sezmir. Biz heyvanların sezdiyi bir çox şeyləri gözmək qabiliyyətində deyilik. Bu da bizim gözlərimizi ultra-bənövşəyi şüaların zəhərlənməsindən qoruyur.

 

Həmçinin bizə izn verir ki, daha aydın əşyaları seçə bilək. Klaude Monet 1920-ci illərdə kataraktası olan rəssam olub. Katarakta göz xəstəliyidir və bizim görməmizi daha tutqun və kölgəli edir. Bu da son nəticə olaraq insanı kor edir. O nəhayət 1923-cü ildə 82 yaşında göz billurunun çıxarılmasına razılaşır. Onun gözünün billurunun çıxarılmasından rəsmlərinin də rəngi dəyişməyə başladı. O artıq ağ rəngli yasəmənləri də bənövşəyi çəkməyə başladı. Göz billuru fokuslanmada 30%-lik məsuliyyətə malikdir. Ona görə də göz billuru çıxarılmış insanlar yenə görməyə davam edirlər. Lakin bunun da vərdiş olunmayan əks təsirləri var. Artıq ultra bənövşəyi görməyə izn verir.

 

Ultra bənövşəyi rəng təbiətdə çox əhəmiyətli rənglərdən biridir. Heyvanlar ondan dişiləri cəlb etmək üçün, çiçəklər isə böcəkləri cəlb etmək üçün istifadə edərlər. Amma bu təyinatları insan gözü görməyə qabil deyil. İnsan təqribən 576 meqapixel çərçivəsində görür. İnsan gözünün retinasında 2 növ fotoreseptor var: konus və çubuk. İnsan gözündə 120 milyon konus və 7 milyona yaxın isə çubuq  fotoreseptoru var. Konuslar rəng həssaslığına cavabdehdir və insana 10 milyona qədər rəngi görməyə izn verir. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system