NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İniana ştatında şagird məktəbdə atəş açıb - 2 yaralı(VİDEO)

Oxundu: 297
İniana ştatında şagird məktəbdə atəş açıb - 2 yaralı(VİDEO)

CNN telekanalının məlumatına görə, bu ilin əvvəlindən ABŞ məktəblərində 22 silahlı atışma hadisəsi baş verib

İslaminSesi.info. Ötən gün ABŞ-ın İndiana ştatının Noblsvill şəhərində məktəbdə daha bir silahlı hadisə baş verib. ABC saytı hüquq mühafizə orqanlarındakı əməkdaşlaına istinadla xəbər verib ki, Noblesville West Middle School məktəbində dərs zamanı şagirdlərdən biri müəllimdən icazə alaraq sinifdən çıxıb və geriyə iki silahla qayıdaraq altı əl atəş açıb. Nəticədə 13 yaşlı bir qız şagird və müəllim çox ağır yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib və vəziyyətləri olduqca ağırdır. 

 

Müəllimə azı üç güllə dəyib. Şagirdlərdən birinin sözlərinə görə, atəş açan şagirdi məhz müəllim saxlayıb.

 

 

 

Polis hazırda istintaq aparır. 

 

Qeyd edək ki, bir həftə öncə Texas ştatı Santa-Fe şəhərinin məktəbndə 17 yaşlı Dimitrios Paqurtis 10 nəfəri güllələyərək,  bir o qədərini də yaralamışdı. CNN telekanalının məlumatına görə, bu ilin əvvəlindən ABŞ məktəblərində 22 silahlı atışma hadisəsi baş verib.(TASS)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system