İngiltərədə Həzrət Fatimənin (s) mövlud mərasimi keçirildi

Oxundu: 109
İngiltərədə Həzrət Fatimənin (s) mövlud mərasimi keçirildi

Həzrət Fatimənin (s) mövlud bayramı və "ana günü" mərasimi İngiltərənin İslam Mərkəzinin təşəbbüsü ilə Londonda keçirildi.

İslaminSesi ABNA- ya istinadən xəbər verir ki, Mövlud bayramı mərasimi ötən gecə (15 Fevral 2020) İngiltərənin İslam Mərkəzində Məğrib və İşa namazlarından sonra keçirilib.

Fars və İngilis dillərində keçirilən mərasimdə xətib çıxış edib və məddahlar mövludnamə oxuyublar.

İngiltərənin İslam Mərkəzinin və Londonun İslam Kollecinin rəisi Höccətul-İslam vəl-müslimin İsa Cahangir Əhli-Beytin (ə) hamı üçün Quran tərəfindən nümunə olduğunu vurğulayıb.

O, İmam Zamanın (ə.f) "Həzrət Fatimə (s) mənim üçün nümunə və höccətdir" hədisinə işarə edərək xanımın həyat tərzi, onun vilayət şəhidəsi olması, ailədarlıqığı və övlad tərbiyəsindən danışıb.

Bu mövludun həm də "ana günü" olmasına işarə edən xətib ailədə ata və ananın dəyərindən və bu nemətə dəyər verilməsinin zəruriliyindən bəhs edib.  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system