NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İngiltərə xarici ölkələrdən əsgər axtarır – Hökumət dərin böhran içərisində

Oxundu: 83
İngiltərə xarici ölkələrdən əsgər axtarır – Hökumət dərin böhran içərisində

İngiltərə ordusunda xidmət edən əsgərlərin sayı günü-gündən azalır.

 

İslaminSesi “Haber7.com” a istinadən xəbər verir ki, İngiltərənin Müdafiə Nazirliyi artıq həyəcan təbili çalır.

 

Buna görə də, ölkə başqa dövlətlərdən muzdlu əsgərlərin orduya cəlb olunmasını təmin edəcək.

 

 Bu günə qədər orduda xidmət etmək üçün İngiltərədə azı 5 il yaşamaq lazım gəlirdisə, hökumət artıq bu qərarı ləğv edib və xarici ölkələrdən muzdluların cəlb edilməsinə start verib.

 

Bundan sonra Avstraliya, Hindistan, Kanada, Keniya və Ficidən də İngiltərə ordusunda xidmət etmək üçün müraciətlər oluna bilər. iştirak

 

2019-cu ilin Yanvar ayından etibarən tətbiq olunacaq yeni qanunla ölkənin ordusuna  hər il 1350 nəfərin cəlb ediləcəyi gözlənilir.  

 

“The Guardian” qəzeti yazır ki, İngiltərə ordusunda ötən il 8200 əsgər çatışmayıb və bu 2010-cu ildən bəri ən böyük çatışmazlıq hesab edilir.  

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system