NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 69
İngiltərə Balfor bəyannaməsinin 100 illiyini qeyd etmək əvəzinə Fələstin xalqından üzr istəməlidir

İngiltərə Balfor bəyannaməsinin 100 illiyini qeyd etmək əvəzinə Fələstin xalqından üzr istəməlidir

İslaminSesi.info-nun Anadolu Ajansı-na istinadla verdiyi məlumata görə, Fələstin Qurtuluş Təşkilatı Böyük Britaniya hökumətini "Balfor Bəyannaməsi"nin ildönümünü qeyd etmək evəzinə fələstinlilərdən üzr istəməyə çağırıb.

 

Bu barədə təşkilatın Qaçqın İşləri İdarəsinin sədri Zəkəriyyə əl-Ağanən etdiyi yazılı açıqlamada deyilir.

 

"İngiltərə Balfor Bəyannaməsinin il dönümünü qeyd etmək əvəzinə Fələstin xalqından üzr istəməlidir. İngilis hökuməti üzr istəməyi rədd edəcəyi və israilli rəsmilərlə bayram edəcəyi təqdirdə İngiltərənin beynəlxalq məhkəmələr qarşısında mühakimə olunmasına çalışacağıq".

 

Zəəkəriyyə əl-Ağa verdiyi bəyanatda, həmçinin beynəlxalq ictmaiyyəti fələstin xalqına qarşı edilən tarixi ədalətsizliyin dayandırılmasına, İsraili törətdiyi cinayətlərə görə cəzalandırılmasına və Fələstin torpaqlarındakı işğalını sonlandırmasına məcbur etməyə çağırıb.

 

Balfor Bəyannaməsi

 

İngiltərə höküməti Balfor Bəyannaməsini 1917-ci il noyabrın 2-də açıqlayaraq Fələstin torpaqlarında İsrail "vətəninin" yaradılmasını nəzərdə tutan layihəyə açıqcasına dəstək verən ilk böyük dövlət olub.

O dövrün İngiltərə xarici işlər naziri Alfred Balfour, bu dəstəyi Sionist kampaniyanın önəmli fiqurlarından Lord Uolter Rotçildə yazdığı məktubla elan etmişdi. Bəyannamə, sionist İsrail dövlətinin qurulmasına gedən prosesdə ən mühüm addımdır.

Tarixə "Balfor Bəyannaməsi" kimi keçən 67 sözdən ibarət məktubda Fələstində İsrail "vətəni" yaradılmasına verilən dəstəklə bərabər regiondakı mövcud xalqın hüquqlarına xələl gəlməməsinin təmin olunacağı da vəd edilirdi.

 

Qeyd edək ki, İngiltərə hökuməti bəyannamənin 100-cü ilini qeyd etməyə hazırlaşır. Təntənələr çərçivəsində sionist İsrail rejiminin baş naziri Benyanim Netanyahunun ingilis həmkarı Tereza Meyin dəvəti ilə noyabrın 2-də Londona getməsi gözlənilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system