“İngilislər Hindistan müsəlmanlarının mənəvi irsini məhv edib...”

Oxundu: 91
“İngilislər Hindistan müsəlmanlarının  mənəvi irsini məhv edib...”

"Və bu miras heç vaxt bərpa edilməyib..."

"İngilislər Hindistan müsəlmanlarının mənəvi irsinin çox hissəsini məhv edib". 
 
İslaminSesi xarici İslam saytlarına istinadla xəbər verir ki, bunu Nyu-Dehli (Hindistan) Beynəlxalq Araşdırmalar Akademiyasının dosenti Əbuzər Xayri oktyabrın 14-də Tatarıstanın Bolqar şəhərində baş tutan "Rusiya müsəlmanlarının ruhani irsi" forumundakı çıxışında söyləyib. 
 
Alimin çıxışı Hindistan müsəlmanlarının Rusiyanın İslam icması ilə əlaqəli fikirlərinə həsr edilib. Bundan əlavə, natiq Hindistanda İslam maarifinin mövcud vəziyyəti haqqında da ətraflı danışıb. Tədqiqatçının fikrincə, Böyük Britaniyanın Hindistandakı işğalçı qüvvələri yazılı şəkildə qeyd olunan İslam dini düşüncəsinin bütöv mərhələsini ortadan qaldırıb və bu miras heç vaxt bərpa edilməyib. /Moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system