İngilis şiəliyi və amerikan sünniliyi - İran, İraq, Türkiyə, Livan, Suriya... böyük fitnə qapıda!

Oxundu: 3970
İngilis şiəliyi və amerikan sünniliyi - İran, İraq, Türkiyə, Livan, Suriya... böyük fitnə qapıda!

İraq, İran, Türkiyə, Livan və Suriyada hiyləgərcəsinə xalqın hökumətə və dövlətə qarşı qalxa biləcəyi bir zəmin hazırlanır.

 

İslaminSesi On4haber.com-un yazarı İsmayıl Bendideryanın bütün müsəlman dünyasının diqqətini çəkə biləcək aşağıdakı yazısını təqdim edir:

 

Daha əvvəlki yazımda, Amerika sünniliyi və ingilis şiəliyinin günümüzdəki ana kodlarının başa düşülməsi üçün Şirazi şiəliyi ilə İŞİD sünniliyinin eyni əl tərəfindən yaradılan və eyni fitnəni göyərdəcək şəkildə kodlaşdırılmış toxumlar olduğunu izah etməyə çalışmış və bu məqsədlə Şirazi qardaşların İngiltərə tərəfindən necə yetişdirildiklərinə toxunmuşdum.

 

Biri Küveytdə, digəri İranda İngiltərə tərəfindən dəstəklənən Şirazi qardaşların İran dövlətini sərt ifadələrlə tənqid edib İrandakı səlahiyyətliləri, "Sünniləri kafir elan etməmək"də günahlandırması, əslində Şirazi fitnəsinin necə bir layihə olduğunu izah etməyə kifayət qədər dəqiq bir ipucu idi.

 

Şirazi axını da eynilə İŞİD kimi, müsəlmanlar arasında məzhəb fərqliliyini ixtilaf kimi göstərərək, ətrafa nifaq toxumlarını səpməyə başladı. Qəsdən İŞİD və s. kimi fitnələrə zəmin hazırlandı.

 

Şirazilər ingilis pullarıyla yaratdıqları televiziya kanallarında və digər yerlərdəki söhbətlərində Əhli-sünnə müsəlmanlarına qarşı olmazın təhqirlərə yol verməklə, səhabələr və möminlərin analarını təhqir və böhtanlara məruz qoymaqla sünni-şiə arasına səpdikləri nifaq və düşmənlik qığılcımlarını alovlandırmağa çalışırlar.

 

Başda Ayətullah Xamenei, Məkarim Şirazi, Sistani, Cavadi Amuli kimi böyük müctəhidlər olmaqla İran və İraqdakı dövlət adamları "şiə və sünni qardaşdır, bu şəxsən Quranın əmri və fərzidir, bunun əksini iddia edən İslam düşmənidir" dediləri, hətta bunu fətva və çıxışları ilə də gücləndirdikləri halda, Şirazi tayfası israrla sünniləri təhqir edir, bu iyrəncliyə qatılmayan şiə alimlərini də "sünniləşmək"də günahlandırırdı!

 

Bu ingilis axınının "Y.H." adlı maşasının yazdığı böhtan və çirkab dolu kitablar, dünyanın bir çox yerində şiələrə qarşı qanlı hücumlara səbəb oldu. 

 

Şirazi axınının başçıları İranda özlərinə yer tapa bilməyincə, İsrailin körfəzdəki dostu olan Ərəb yandaşlarına sığındılar. Əhli-sünnəyə böhtan ataraq şiə düşmənçiliyini qızışdırmğın toxumlarını səpən bu xainlərin, görünüşcə sünni, gerçəkdə isə ABŞ əlaltısı olan Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin başındakı "sünni görünüşlü, realda isə ABŞ əlaltısının" xainlərdən dəstək alması da bu məsələnin maraqlı tərəflərindəndir.

 

Şirazi güruhunun diqqətçəkən xüsusiyyətləri, eynilə İŞİD kimi, "təkfirçilik"dir. Onların fitnələrini təsdiqləmədiyi üçün, başda mərhum Ayətullah Behçət olmaqla bir çox böyük şiə və sünni alimlərini  təkfir və təhqir edirlər.

 

Onlar bu fitnəkar qrupun İranda fəaliyyət göstərməsini qadağan edən Ayətullah Üzma Seyid Əli Xameneini də təkfir etdilər. Səbəbləri də maraqlı idi: "Məhərrəm və Səfər mərasimlərində özünə qarşı, işgəncəni xarakterli əməllərə icazə verməməsi və xəncər vurulmasını haram buyurması, sünniləri kafir elan etməməsi" idi. Halbuki, İŞİD də eynilə özləri kimi ABŞ-israil-İngiltərə üçlüyü tərəfindən hazırlanan və Körfəz ərəbləri tərəfindən maliyyələşdirilən bir CİA-MOSAD təşkilatı idi. Onların sünni müsəlmanlıqla heç bir əlaqəsi yox idi.

 

Nədənsə, ingilislər və İsrail sionistləri, xəncər vuran şiələri çox “sevirlər”. Sünnini qardaş olaraq qəbul edən şiələrdən və şiəni qardaşı olaraq görən sünnilərdən isə heç xoşları gəlmir!

 

Fitnəkar Şirazi dəstəsi, təməlini İmam Xomeyninin qoyduğu və Ayətullah Xameneinin ciddi şəkildə davam etdirdiyi "Vəhdət Həftəsi"nı "Bəraət Həftəsi" elan edəcək qədər adamları azdırmağa çalışdı.

 

Qərb mediası İslamofobiya meylləri yaratmaq üçün xəncər vurulmasını mətbuata daşıyaraq rəvayətlər uydur və bu vəhşiliyi "savab" imiş kimi bəzi saf şiələrə təlqin etdi.

 

Bütün bunları İŞİD-in yaranmasına zəmin hazırlanması üçün edən bu fitnəkar axının öncüllərinin və onların medialarının adları aşağıdakılardır:

 

Sadiq Şirazi, Seyid Müçtəba Şirazi, Həsən Allahyari, Yasirulhabib, Muhammed Hidayəti.

 

Bu ingilis qrupunun peykdən yayımlayan TV-ləri:

 

1. “İmam Hüseyn-1”

2. “İmam Hüseyn-2”

3. “İmam Hüseyn-3”

4. “Əbu Fazlulabbas”

5. “Bakiyy”

6. “Əl Ənvar-1”

7. “Əl Ənvar-2”

8. “Salam”

9. “On dörd məsum”

10. “Həzrəti Xədicə” - internet yayımı

11. “Əl-Zəhra” (Azzahra)

12. “Əl-Mehdi”

13. “Marjaiyyət”

14. “İmam Sadiq”

15. “Əhlul Beyt”

16. “Fədək”

 

***

 

İndi, Şirazinin fotoşəkillərinin 20 milyonluq böyük Ərbəin yürüşlərinə nə üçün daşındığını və bundan dərhal sonra İraqda xalqın küçələrə necə çıxdığını xatırlayın.

 

İranlı tələbələrin bu ölkədəki şeytan yuvası olan ABŞ səfirliyinə basqın edərək CİA-nın gizli sənədlərini dünya mediasına çıxarması və Birləşmiş Ştatların nüfuzunun yerlə bir edilməsinin ildönümündə Şirazi şiəliyi qrupu ilə isti münasibətlərdə olan əski Baas-çılar tərəfindən İran səfirliyinə hücum edilməsi yəqin ki, təsadüfi deyildi.

 

ABŞ-ın 40 ildən artıqdır ki, fitnəkar siyasətinin nəticəsi olan ağrı-acılı fəryadının İraqdan, Yəməndən, Fəratın şərq və qərbindən gəlməsi, İran, İraq, Türkiyə, Livan və Suriyanı eyni əlin fərqli yerlərdən vurması heç də təəccüblü deyil.

 

Sədr də ortalıqda gəzir!

 

Bu həngamədə, hələ vurulmayan ovdan özünə kürk tikməyə çalışan Müqtəda Sədrın ehtirası isə, sözün tam mənasında bir "Əbu Musa Əl Əşari və Əşas formatı"dır. Yəni tipik bir İraq Kufəsinin 2019 versiyası!

 

"Böyük fitnə"nin səsi gəlir

 

Bəli, İraq çox böyük hadisələrə və fitnələrə hamilədir. Bu ölkədə baş verəcək hadisələrin, aralarında biz də olmaq şərti ilə "bütün qonşular"a təsir etməməsi qeyri-mümkün görünür.

 

ABŞ-ın İraqın əl-Anbar bölgəsini ağır silahla doldurub İŞİD-YPG-PKK və SDG terrorçularına verməsi boşuna deyil. "Neft" deyərək Deyrezzorda oturması da həmçinin.

 

İraqda böyük fitnə başlamaq üzrədir. İraq, İran, Türkiyə, Livan və Suriyada hiyləgərcəsinə xalqın hökumətə və dövlətə qarşı qalxa biləcəyi bir zəmin hazırlanır (FETÖ-ya bağlı bəzi medianın qəflətən bəraət alması da bir ayaq səsidir).

 

Bu ölkələrin taleləri heç vaxt indiki kimi bu qədər düyünə düşməmişdi. Onların birində yaranacaq bir çat, eyni zamanda hamısının sonu ola biləcək şəkildə hazırlanıb. İraqın birdən-birə alovlanmasının, Türkiyənin "Barış çeşməsi" əməliyyatı və guya İŞİD-çilərin qaçmasının eyni vaxtda baş verməsi, Livanla İran üzərində ABŞ-israil-AB təzyiqlərinin indiyə qədər olmadığı kimi artması, Türkiyə-İran arasında dəmiryol daşınmalarının və ortaq avtomobil sənayesinin qurulmağa başlaması, ispanaqdan başlamış narıngi və digər meyvə-tərəvəzlərin zəhərlənməsi və s.

 

Böyük bir fitnə bizi ağuşuna almadan bir-birimizlə vəhdətə gələ bilsək, aramızda gerçəkdən bir səmimiyyət, mehribançılıq yaransa, yalnız o zaman bizi parlaq gələcək gözləyə bilər. Amma... Əksini söyləməyə dilim gəlmir. Cümə axşamını yalnız çərşənbəyə baxaraq görə bilərik. Çərşənbə isə, çox böyük ölçüdə bizim əlimizdədir.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system