NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İndoneziyada genişmiqyaslı etiraz aksiyaları: yüzlərlə ölən və yaralanan var

Oxundu: 209
İndoneziyada genişmiqyaslı etiraz aksiyaları: yüzlərlə ölən və yaralanan var

İndoeziyada ümumi seçkilərin nəticələri elan edildikdən sonra paytaxt Cakartada genişmiqyaslı etirazlar başlayıb.

İslaminSesi-nin verdiyi xəbərə görə, bu haqda Straits Times nəşri Cakarta qubernatoru Anis Basvedanın sözlərinə istinadən yazır.

 

Məlumata əsasən, polislə toqquşmalar nəticəsində azı 6 nəfər həlak olub, 200 nəfər xəsarət alıb.

 

Qubernator etirazçıları "sakit və mütəşəkkil" formada çıxış etməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarını isə "etirazçılarla münaqişənin qarşısını almaq üçün təmkinli olmağa" çağırıb.

 

Xatırladaq ki, seçkilərin nəticələrinə əsasən, ölkənin qüvvədə olan prezidenti Coko Vidodo 55,5% səs toplayaraq qələbə çalıb. Onun ən yaxın opponenti Prabovo Subiantonu isə seçicilərin 44,5%-zi dəstəkləyib.

 

Qeyd olunur ki, seçkilərin nəticələri ilə razılaşmayan yüzlərlə Subianto tərəfdarlarının qarşısını almaq üçün polias gözyaşardıcı qazdan istifadə edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system