NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İndiyədək “Diqlas”da malı yanan 366 sahibkara pul verilib

Oxundu: 206
İndiyədək “Diqlas”da malı yanan 366 sahibkara pul verilib

Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın verilməsi başa çatmaq üzrədir.

 
İslaminSesi bildirir ki, bunu Azvision.az -a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib. Nazirlik rəsmisi vurğulayıb ki, bu günə qədər 366 sahibkara maddi yardım ödənilib. 
 
“İndiyədək “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara 2 milyon 137, 2 min manat vəsait verilib. Proses demək olar ki, yekunlaşmaq üzrədir. Bir neçə sahibkarlıq subyekti ilə bağlı araşdırma davam etdirilir”. 
 
Qeyd edilib ki, ödənişlər “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur. 
 
Xatırladaq ki, martın 26-da Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzində çalışan sahibkarlara maddi ziyan dəyib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system