NAMAZ VAXTLARI:
  • FƏCR 05:33
  • GÜN 06:53
  • ZÖHR 12:26
  • ŞAM 18:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İncili Quran adı ilə küçədə insanlara oxudular – Verilən dəhşətli reaksiyalar/VİDEO/

Oxundu: 3102
İncili Quran adı ilə küçədə insanlara oxudular – Verilən dəhşətli reaksiyalar/VİDEO/

Hollandiyada qeyri-adi bir sosial eksperiment reallaşdırılıb.

 İki gənc şəhərdə insanlara xristianların dini kitabı olan İncildən kəlmələr oxuyurlar. Lakin insanlara bu sətirlərin Quranda yazıldığını söyləyirlər. Onlar  insanların reaksiyalarını öyrənmək üçün İncildən sətirləri Quran ayələri kimi təqdim edirlər. 

"Əmrlərimə qarşı gələrək onlara əməl etməsəniz, oğlunuzun və qızınızın ətini yeyəcəksiniz."

"Qadının öyrətməsinə icazə vermirəm. Qadının əlini kəsin və onu əfv etməyin!"

"İki insan zina edərsə, onların öldürülməsi vacibdir"

 

Sorğuda iştirak edənlərin reaksiyaları dəhşətə düşmələridir. Onlar o kitabda bütün bunların yazıldığını bilmədiklərini deyirlər. Respondentin biri isə daha da irəli gedərək belə bir dinə insanların necə inandıqlarına təəccüblənir. 

 

Daha sonra isə onlara belə sual verilir ki, əgər uşaqlıqdan belə bir kitabla böyüdülsəydiniz halınız necə olardı? Daha sonra İncillə müqayisə ediblər. Sorğuda iştirak edənlər  bildiriblər ki, İncil  sərt yazılmayıb və mülayimdir. Videonun sonunda hər kəsə əslində oxunan sətirlərin Qurandan deyil, İncildən olduğu açıqlananda informasiyanın yoxluğunun və təbliğatın yanlış istiqamətdə aparılmasının  insanları nə vəziyyətə saldığı aşkarlanır. İslamınSesi həmin görüntüləri sizə təqdim edir. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system