NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İmişlidə yeni doğulan körpə öldü

Oxundu: 85
İmişlidə yeni doğulan körpə öldü

İmişli rayonunda yeni doğulmuş körpə ölüb.

İslaminSesi.info nın məlumatına görə, hadisə aprelin 20-də baş verib.

 

Şəhər sakini Mürsəlov Mirəziz Mirağa oğlu İmişli Rayon Polis Şöbəsinə məlumat verərək bildirib ki, həmin gün yeni doğulmuş nəvəsi ölüb.

 

Şikayətçi iddia edib ki, yeni doğulan körpə həkim səhlənkarlığından dünyasını dəyişib.

 

Faktla bağlı aparılan araşdırma zamanı məlum olub ki, İmişli şəhəri, S.Əsədov küçəsi 35 ünvanında yaşayan Mürsəlova Nurdan Telman qızı aprelin 20-də qeysəriyyə əməliyyatı olunub, doğulmuş qız övladının vəziyyəti ağırlaşdığından körpə Sabirabad Perinatal Mərkəzə göndərilsə də, orada ölüb.

 

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system