NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İmamların (ə) kəlamlarında ətraf mühitə münasibət

Oxundu: 154
İmamların (ə) kəlamlarında ətraf mühitə münasibət

“Ağıl kimi mal, gözəl xasiyyət kimi dost, ədəb kimi miras, ilahi qadağa kimi rəhbər, elm kimi şərəf yoxdur”

 

İmam Əli (ə) - Məhəmməd Peyğəmbərdən (s) sonra dəyərli kəlamları ilə ən çox şöhrət tapan Həzrət Əli olub. Onun, əhalinin fizik və mənəvi sağlamlığına aid fikirləri müasir tibbi və sosioloji baxımdan aktuallığını saxlayır. Məsələn, İmam Əli (ə) hesab edirdi ki, “az yemək bədəni bir çox xəstəliklərdən qoruyur.” O, sağlamlıqda pəhrizin əhəmiyyətinə diqqəti cəlb edir, nəfsi və çox yeməyi sağlamlığın düşməni sayırdı. İmam (ə) bu barədə buyurub: “Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir”, “Sağlamlıq pəhrizdəndir”, “Çox yeməklə sağlamlıq bir araya sığmaz”.

 

İnsanın mənəvi cəhətdən sağlam olması onun inkişafı və formalaşmasında az faydalı deyil. Yalan danışmaq, pislik etmək, düşmənçilik aparmaq insanı şərəfləndirə bilməz. Ona görə də Həzrət Əli (ə) əbəs yerə demirdi: “Hər qətrə suda qüssə, hər tikə çörəkdə kədər-qəm yatır”, “Düşmənçilik ürək üçün böyük yükdür”, “Pislik edənə yaxşılıq etməklə əziyyət ver”, “Heç bir əməl yalan kimi çirkin deyil”, “İstər zarafatla, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil”.

 

Həzrət Əli (ə) həmçinin deyirdi: Ağıl kimi mal, gözəl xasiyyət kimi dost, ədəb kimi miras, ilahi qadağa kimi rəhbər, elm kimi şərəf yoxdur; Ağıllı bir adam kasıb ola bilər, amma heç vaxt şərəfsiz ola bilməz; qənaət edə yoxsul da olsa azaddır, həris və tamahkar olan azad olsa da kölədir; biləndə susmaq, bilməyəndə söyləmək qədər çirklidir.

Müasir dövrdə insanın ekologiyasının tədqiqi baxımından bunların köməyi ola bilər.

 

Hədislərdə bu cür fikirlərə İmam Rzanın (ə) “Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir”, İmam Baqirin (ə) “Qiyamət günü hər şeydən əvvəl hesabatı aparılan şey təşnəyə su verməyin sədəqəsinin savabı olacaqdır” kəlamlarının əhalinin mənəvi cəhətdən kamilləşməsində az əhəmiyyəti olmayıb. İmam Baqir (ə) həmçinin əkinçiliklə bağlı dəyərli fikirlər söyləyib. Onlardan ikisinə baxaq. “Atam buyurardı: İşlərin ən yaxşısı əkinçilikdir. Əkdiyindən yaxşı əməl sahibi də, pis əməl sahibi də yeyər. Yaxşı əməl sahibi yeyib Allahdan sənin bağışlanmağını dilər. Pis əməl sahibi isə yeyər, ancaq yediyi nemət ona Lənət və qarğış edər. Həmçinin, otlayan heyvanlar və quşlar da ondan bəhrələnərlər”, “Əmirəl-möminin (ə) buyurardı: “Kim su və torpaq olduğu halda möhtac olarsa Allah-taala onu öz rəhmətindən uzaqlaşdırar”. İmam Baqirin (ə) bu qiymətli fikirlərinin əsası vardır. Həqiqiətən də, əkinçiliklə məşğul olmaq üçün iki vacib şey lazımdır: münbit torpaq və bol su. Əgər bunlar varsa, gərək insanın ruzi üçün heç nəyə ehtiyacı qalmasın.

 

İmam Sadiq (ə) isə deyirdi: - “Əkinçilik xalqın xəzinələridir. Allahın yaratdığı pak toxumu əkirlər, Qiyamət günü onların məqamı hamıdan üstün, yaxınlığı və dərəcələri hamıdan çoxdur. Onlar “mübarək” adı ilə çağırılırlar”, “İşlərin arasında heç bir iş əkinçilik qədər Allah yanında sevimli deyil və Allah-taala dərzi olan İdrisdən (ə) başqa elə bir peyğəmbər göndərməmişdir ki, əkinçiliklə məşğul olmasın”.

Hazırda, dünya iqtisadiyyatını tənzimləyən, onun güclənməsinə və inkişafına təkan verən kənd təsərrüfatının aparıcı qollarından olan əkinçilikdir. Təsadüfi deyildir ki, İmam Sadiq (ə) onun “mübarək” adla çağrıldığını, əkinçiliyin Allah yanında daha sevimli olduğunu xüsusi vurğulayır. Əkində saf toxumdan istifadəni yüksək qiymətləndirir.

 

İmam Sadiq (ə), susuz heyvana su verməyi savab, bar gətirən meyvə ağaclarını kəsməyi günah sayır. Səhralıqda bitən ağacların kəsilməsini “məkruh” hesab edirdi: “Bir qadın pişiyi susuzluqdan ölənədək bağlı saxladığına görə əzaba məruz qaldı”, “Ən yaxşı sədəqə yanan ciyəri sərinlətməkdir. Kim bir heyvanın, ya ondan qeyrisinin yanğılı ciyərini sərinlədərsə, Allah-taala Onun kölgəsindən başqa bir kölgənin olmayacağı gün onun üzərinə kölgə salar”, “Meyvə ağaclarını kəsməyin ki, Allah-taala başınızın üstünə əzab endirər”, (Ağacları kəsmək barədə verilən sualın cavabında): “Eybi yoxdur. Əmmar ibn Musa deyir ki, “Sidr ağacı necə?” deyə ərz etdim. Buyurdu: “Eybi yoxdur. Çöl-biyabanda sidr ağacını kəsmək məkruhdur. Çünki səhrada bu ağac az tapılandır. Amma burada məkruh deyil.” Şübhəsiz, imamın bu fikirləri yaşadığı dövrdə əhalinin ətraf mühitə qayğkeş münasibətinin göstəricisi kimi böyük əhəmiyyət daşımışdır.

 

İmam Mehdiyə (ə.f) görə canlı aləmin inkişafında Günəşin müstəsna əhəmiyyəti vardır. Ancaq bu, onun yalnız ətraf mühitə işıq verdiyi vaxta aiddir. Amma onun istilikvermə, bitkilərin böyümə və inkişafı, çiçəkləməsi, meyvələrin yetişməsi, lazım olan enerji istehaslı kimi proseslər Günəşsiz vaxtlarda da, yəni Günəş buludların arxasında olduqda da belə öz təsirini göstərir. İmam Mehdi (ə.f) haqlı olaraq, Günəşin qeyb pərdəsi (oxu: buludun) arxasında olanda da onun “mənəvi şüa”snın bir sıra təsirlərinin olduğunu söyləyir. Onun fikrincə, canlı təbiətə Günəşin hər hansı şəkildə təsiri (proseslərə rəhbərlik etməsi), həm onun, həm də təbiətin vücudunun fəlsəfəsini aşkar edir. Məsələyə belə yanaşma, bizim fikrimizcə, elmi cəhətdən düzgündür.

 

Yusif DİRİLİ (Mahmudov),

Ətraf mühit üzrə tədqiqatçı

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system