NAMAZ VAXTLARI:
  • FƏCR 05:32
  • GÜN 06:52
  • ZÖHR 12:26
  • ŞAM 18:17
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İmamın (ə) şəhadətindən sonra Kərbəlada baş verən hadisələr

Oxundu: 240
İmamın (ə) şəhadətindən sonra Kərbəlada baş verən hadisələr

Həzrət Hüseyn (ə), dünyada İslam yaşasın deyə özünü və yaxınlarını Allahın dini yolunda fəda etdi. Hecəki babası (ə), atası (ə), anası (s.ə), qardaşı (ə) özlərini Allahın dini yolunda fəda etmişdilər.

İslaimnSesi.info -  Məhərrəm ayının 2-də Kərbəla çölünə yetişən İmam (ə), öncə Hürr ibn Riyahi tərəfindən məcburi dayandırılır və sonradan Ömər Sədin rəhbərliyi ndə olan 40-50minlik bir ordu ilə üz-üzə qalır.

 

Məhərrəmin 7-dən etibarən Əhli-beytə (ə) hətta su götürmək icazəsi də verilmir. İbn Ziyadın bu əmrini Ömər Səd və Şimir ibn Zilcövşən böyük həvəslə icra edirdilər. Onlar Kərbəla kimi bir səhrada peyğəmbər (s) övladlarını günlərlə susuz qoyurlar.

 

Məhərrəmin 10-da, Aşura günü İmamın (ə) bütün döyüşçüləri və Bəni-haşim gəncləri şəhid olur. Sonda İmamın (ə) özü zöhr vaxtı qətlə yetrilib, bütün şəhidlərin başları kəsilir, mübarək bədənləri üzərindən atlar çapılır ki, bununla da düşmənin kinli qəlbi soyumur...

 

İmamın (ə) şəhadətindən sonra Ömər Səd xeymələrə, qadın-uşaqlara hücum etmə əmri verir. Xeymələrə od vurulur, qadın və qızların əllərində və üzərində olanlar qarət edilir, qaçanlar döyülərək cəm edilib əsir edilir...

 

Ömər Səd İmamın (ə) mübarək başını Xuli bin Yəzidə və Həmid bin Muslimə təhvil verib Kufə sarayına, İbn Ziyad məluna göndərir.

 

Digər şəhidlərin hamısının başını bədənindən ayırıb, 72 baş toplayıb, nizələrə taxaraq Aşuranın səhərisi Kufə istiqamətində yola salırlar...

 

Həmçinin bütün qadın və uşaqlar da əsir edilərək amansızlıq və kobud rəftarla, o cümlədən nizələrə taxılmış başlarla birgə Kufəyə tərəf yola salınır. Ömər Səd, əsirləri kəsik başlarla bir yerdə aparmaqla, o məzlum qadın və körpələrə daha artıq əziyyət verməyə çalışırdı...

 

Beləcə, İmamın (ə) şəhadətindən sonra xeymələr qarət edilir, yandırılır, hətta şəhidlərin paltarları belə qarət edilir, başları kəsilir və qadınlar və uşaqlar əsir edilərək kəsik başlarla birlikdə rəhimsizliklə Kufəyə doğru yola salınır...

 

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system