NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:27
  • ZÖHR 12:54
  • ŞAM 18:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İmam Zeynul-abidinin (ə) qiyam edən oğlu – Zeyd ibn Əli /VİDEO/

Oxundu: 399
"

İmam Zeynul-abidinin (ə) oğlu Zeyd, imamət və vilayət xanədanının məşhur və parlaq çöhrələrindən biridir. O, əməvilər hakimiyyəti ilə mübarizə aparmış və Hişam ibn Əbdülməlikin xilafətinə qarşı qiyam etmişdir.

 

"İslaminSesi" - Şeyx Müfid “əl-İrşad” əsərində onun şəxsiyyəti haqda belə yazır:

 

“Zeyd ibn Əli qardaşı İmam Baqirdən (ə) sonra İmam Zeynəlabidinin (ə) böyük oğludur.

O, təqvali, fəqih, səxavətli və şücaətli bir şəxs olmuş,

öz qiyamı ilə yaxşılığa dəvət, pislikdən çəkindirmiş və İmam Hüseynin (ə) qatillərindən qisas almışdır.” (əl-İrşad”, şeyx müfid, səh. 520.)

 

Qeyd edək ki, “Aşura” faciəsi və İmam Hüseynin (ə) şəhadətindən sonra Təvvabin və Muxtar qiyamları istisna olmaqla, Zeyd ibn Əlinin zamanına qədər mühüm qiyam və hərəkata əl atan olmamışdır.

 

Əhli-beyt (ə) tərəfdarları Zeyd ibn Əlini (ə) Əməvilərə qarşı hərəkata rəhbərlik etmək üçün Mədinədən Kufəyə dəvət edirlər. Zeyd bu haqda böyük qardaşı İmam Mühəmməd Baqirlə (ə) məsləhətləşdikdə,

imam (ə) onu qiyamin hələ tez və nəticəsiz olacağindan xəbərdar edir. Zeyd İmam Baqirin (ə) nəzərinə ehtiramla yanaşır və o həzrətin həyatda olduğu müddətdə qiyama qalxmır. Lakin İmam (ə) şəhadətə yetdikdən sonra Mədinənin hakiminin ayrıseçkilikləri və zorakılıqlarının dözülməz həddə çatdığını görən Zeyd, Mədinə hakimindən Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikə şikayət etmək üçün Şama yollanır.

 

Hişam ibn Əbdülməlik, Zeydin şikayətinə nəinki etina etmir, hətta onu Şamdan qovur. Bundan sonra qiyam haqda qəti qərara gələn Zeyd, Kufəyə doğru hərəkət edir. O camaatı gizli şəkildə mübarizəyə dəvət edir və bir dəstə tərəftar toplayır. Lakin aşkar mübarizəni qeyri-münasib bilən Zeyd, Kufədə dörd ay qaldıqdan sonra Mədinəyə qayıdır.  

 

Zeyd ibn Əli (ə) hicrətin 120-ci ilində Kufənin hakimi Yusif ibn Ömərin ordusu və Şamdan gələn əsgərərlə döyüşə başlayır. Zeyd ibn Əlinin (ə) mübarizlərinin sayı Yusif ibn Ömərin ordusu ilə müqayisədə olduqca az olsa da, döyüş iki gün davam edir.

 

Zeyd ibn Əli qeyri bərabər döyüşdə yaralanaraq şəhid olur. lakin cəsədi qaçırılır. Kufənin hakimi Yusif ibn Ömər, Zeyd ibn Əlinin (ə) cəsədinin tapılması əmrini verir.

 

Cəsəd tapılıb məzardan çıxarılır, başını bədənindən ayırıb Şama – xəlifə Hişam ibn Əbdülməlikə göndərilir. Bədənini də Kufədə dar ağacından asırlar. Bir müddət sonra xəlifə Hişam ibn Əbdülməlikin əmri ilə Zeydin bədəninə od vurub yandırırlar.

 

Yandırılaraq külü göyə sovrulan Zeydin başının  Misirə göndərildiyi ehtimal olunur.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system