NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 180
İmam Zeynul-Abidinin (ə) Aşuradan sonrakı həyatı və müəmmalı şəhadəti

İmam Zeynul-Abidinin (ə) Aşuradan sonrakı həyatı və müəmmalı şəhadəti

İmam Zeynul-Abidin (ə) Kərbəla fəciəsinin canlı şahidi, o böyük müsübəti qəlbi parçalanaraq müşahidə edən kəslərdən idi.

İslaminSesi.info - İmam Səccad Əli ibnil-Hüseyn (ə) Kərbəla faciəsini gözləri ilə müşahidə edən, o ağır səhnələri yaşayan, əsirlərlə birgə olan, olmazın əziyyətlərə şahid olan bir şəxsdir. İlahi hikmətlə Kərbəlada xəstə olan İmam (ə) əsirlərlə Şama Yezidin sarayına gətizdirilir. Yezid hətta bütün əsirləri elə Şamda qətl etdirmək qərarı verir. Saray əhil də Yezidin bu fikrini dəstəkləyir. Lakin Loğman ibn Bəşir adlı birisi Yezidi bu fikrindən daşındırmağa müvəffəq olur. Etdiyi səhvini qismən də olsa başa düşən Yezid əsirləri Mədinəyə göndərilməsi qərarını verir. 

İmam Səccad (ə) bəzi tarixçilərin bildirdiyinə görə 57-58 il arası ömür sürüb və 35 il imamlıq edib. İmamın (ə) Mədinədə keçən qalan ömrü demək olar ki, ev dustağlığı şəraitində keçib. Bütün İmamlar (ə) kimi İmam Səccad (ə) da şəhid olub. İmam Səccadın (ə) şəhadəti barədə İmam Sadiqdən (ə) belə nəql olunur:

İmam Səccad (ə) şəhid olduğu gecə oğlu İmam Baqirdən (ə) dəstəmaz almaq üçün su istədi və oğlu (ə) su gətirdi. İmam Səccad (ə) buyurdu: Bu su dəstəmaz üçün yaramır onun icinə heyvan düşüb. İmam Baqir (ə) başqa qabda su gətirdi. İmam Səccad (ə) buyurdu: Oğlum bu gecə mənə vəd olunmuş son gecədir. Sonra İmam (ə) sifariş verdi ki, dəfələrlə həccə getdiyi dəvəsinə qulluq etsinlər və o heyvana yem versinlər (artıq İmam zəhərlənmişdi). (Bu həmin dəvədir ki, İmam dəfn olunduqdan sonra 3 gün sonra tələf olur)

İmamın (ə) şəhid olduğu vaxt hakimiyyətdə Vəlid ibn Əbdül-Məlik idi. O zalim və rəhimsiz biri idi. Xüsusən də Bəni Haşimə qarşı. Tarixçilər İmamı (ə) Vəlidin zəhərlətdiyini qeyd edirlər.

İmam (ə) Bütün Mədinə əhlinin izdihamlı müşayəti ilə Bəqi qəbristanlığında əmisi İmam Həsənin (ə) yanında dəfn olunur.


Y.Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system