İmam Zamanın (ə.f) zühurunu həqiqətən gözləyənlər kimlərdir?

Oxundu: 104
İmam Zamanın (ə.f) zühurunu həqiqətən gözləyənlər kimlərdir?

Quran ayələri və hədislərə görə, zühurun dəqiq zamanı haqqında elm ancaq Allaha məxsusdur

Məhdəviyyət mövzusunda ən mühüm məsələ - zühurun vaxtıdır. Məsumlar (ə) zühurun zamanını İlahi sirr adlandırmış və vaxt təyin etməyi inkar etmişdilər.


Quran ayələrindən və hədislərdən belə nəticə çıxartmaq olur ki, zühurun dəqiq zamanı haqqında elm ancaq Allaha məxsusdur. Hədislərin əksər hissəsi buyurur ki, zühur anidən olacaqdır. Əsl möminlər isə buna hər zaman hazır olmalıdırlar. O həzrətin zühurunu həqiqətən gözləyənləri digərlərindən fərqləndirən xüsusiyyətlər var.

 

İmam Zamanın (ə.f) zühurunu həqiqi gözləyənlərin xüsusiyyətlərini hədislərə əsasən təqdim edirik:

 

1. Dinə əhəmiyyət vermək;
2. Əxlaqi normalara diqqət yetirmək;
3. Haram yemək-içməklərdən uzaq durmaq;
4. Ğinadan (haram musiqidən) uzaq durmaq;
5. Qadınların İslami hicabı qoruması;
6. Halal ruzi axtarmaq;
7. Zəmanənin İmamı (ə.c) haqqında olan ayə və hədislərdən oxuyaraq o həzrət barəsində düşünmək;
8. Zəmanə İmamının (ə.c) insanın bütün əməllərinə nəzarət etdiyini unutmamaq;
9. Zəmanənin rəbbani alimini tanımaq və ona tabe olmaq;
10. Əhli-beytin (ə) adına qurulan məclislərdə iştirak etmək;
11. Dünyada gedən qlobal prosesləri izləmək;
12. Zəmanə İmamının (ə.c) zühurunu əməli şəkildə və təmkinlə gözləmək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system