NAMAZ VAXTLARI:
  • FƏCR 06:33
  • GÜN 07:58
  • ZÖHR 12:52
  • ŞAM 18:05
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İmam Rza (ə) hərəminin Çar Rusiyası tərəfindən top atəşinə tutulması /Foto/

Oxundu: 630
İmam Rza (ə) hərəminin Çar Rusiyası tərəfindən top atəşinə tutulması /Foto/

Bu gün tarixdə Ruslarin İmam Rza (ə) hərəmini top atəşinə tutması günüdür. (Hicri rəbus-sani 10/1330)

 

“İslaminSesi” – Tarixdə hicri təqvimi ilə rəbius-sani ayının 9-10-da (1330) Rusların Məşhəd şəhərində İmam Rza (ə) hərəmini top atəşinə tuması hadisəsi baş verib.

 

Miladi 1912-ci ilədə (h.1330) İranda xalqın etirazlara qalxması və Məhəmməd Əli Şahın qaçıb Rusiyaya sığınması Çar ordusunun İrana müdaxilə etməsinə bəhanə olur. O cümlədən İranda olan Rus banklarının təhlükə altında olması, Rusiyanın İrana ültumatum verməsi ilə nəticələnir.

 

1912-ci ildə Ruslar İranın şimal bölgələrindən Tehran istiqamətdə irəliləməyə başladılar. Onlar hücum istiqamətlərindən biri də Məşhəd şəhəri idi. Çar ordusu orada Rus konsulluğunun təhlükədə olduğunu bəhanə gətirərək, şəhərə daxil olurlar.

 

 

Silahsız, əliyalın əhalinin böyük qismi İmamın (ə) hərəminə sığınır. Ruslar əhalinin sığındığı İmam Rzanın hərəminə hücum edirlər. Bu, hücum 1912-ci ilin Novruz bayramı (31 mart) ərəfəsinə təsadüf edir.

 

 

Ruslar hərəmi toplardan atəşə tuturlar. Ümumilkdə 45 mərmi atılır. O mərmilər hərəmdə minarələri və İmam Rzanın zərihinin üzərindəki gümbəzi dağıda bilməsə də onların üzərində xəsarətlər yaradır. Çoxlu sayda insan yaralanır. Bu hücumda ümumilkdə 80 yaxın insan dünyasını dəyişir.

 

Rusların yardımı ilə etirazlar yatırılır, qiyamın təşkilatçısı olan Yusif Xan və Məhəmməd Nişapuri öldürülür.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system