NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İmam Kazım (ə)-ın sürgün olunması - Əhli-Beytə zülmün yeni mərhələsi

Oxundu: 194
İmam Kazım (ə)-ın sürgün olunması  - Əhli-Beytə zülmün yeni mərhələsi

Bu gün İmam Kazım (ə)-ın Harun Ərrəşid tərəfindən həbs edilərək Bəsrə zindanına göndərildiyi gündür.

 

“İslaminSesi” - İmam Kazım (ə) müsəlmanların 7-ci imamıdır. İmam Kazım (ə)-a qədər digər imamların da həyatı çətin olub. Lakin sürgün və həbslər dövrü məhz bu imamın (ə) vaxtında başlayır.

 

İmamın (ə) həbsi ilə Peyğəmbər (s) övladlarına zülmün yeni mərhələsi, sürgünlər və həbslər mərhələsi başlayır. Sonrakı dövrdə imam və imamzadələr demək olar ki, hamısı Məkkə və Mədinə ərazilərindən dünyanın müxtəlif yerlərinə hicrət etmək məcburiyyətində qalırlar. Yaxud zörla sürgün edilirlər. Məşhəd şəhərində İmam Rzanı (ə), Bağdada İmam Cavadı (ə), Bakıda Hökümə Xanımı, Qum şəhərində Məsumə Xanımı, İsfahan və Rəştdə İmam Kazımın (ə) digər iki qızını, Samirrada  İmam Hadini (ə) və İmam Həsən Əskərini (ə), digər İslam coğrafiyalarına, o cümlədən Azərbaycana sürgün edilmiş digər imamzadələri (ə) buna misal gətirmək olar.

 

Bütün bunlarla yanaşı İmam Kazım (ə) –ın yaşadığı dövür siyasi cəhətdən də ən mürəkkəb dövürdür. İmam (ə) yaşadığı dövürdə 4 xəlifə dəyişib ((Mənsur Dəvaniqi (137-158 h.q), Məhdi adı ilə tanınmış Məhəmməd (158-169), Hadi (169-170), Harun (170-193)).

 

 

Digər xəlifələrin zamanında İmam (ə) nəzarət altında olsa da həbs və sürgünə cürət edən Harun Ərrəşid olur. Harun Məkkə səfərində insanların imama (ə) olan ehtiramını gözləri ilə görür və bundan çox narahat olur. Xəilfə imamı (ə) bu şəhərdən sürgün etdirmək qərarına gəlir. Bundan ehtiyyat etdiyi üçün imamı (ə) gizli şəkildə şəhərdən çıxarmaq göstərişi verir. İmam (ə) hicri təqvimi ilə bu günlərdə Mədinədən gizli şəkildə çıxarılaraq Bəsrəyə doğru aparılır və bir daha Mədinənəyə qayıtmır. Həmçinin bununla yanaşı digər Əhli-Beyt (ə) insanlarının sürgünü başlayır.

 

 

Sonradan hicri 183-cü ilində Sindi bin Şahik adlı bir nəfər Harun Ər-Rəşidin və xilafətinin qazisi olan Yəhya bin Xalid Bərməkinin göstərişi ilə İmamı (ə) zəhərləyərək Bağdadda  şəhadətə yetirir.

 

Hazırda İmam Kazım (ə)-ın pak məzarı Bağdaddan 18 km aralıda Kazimen məntəqəsindədir.

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system