NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 111
İmam Hüseynin (ə) ziyarətgahının nəzdində universitet açılıb

İmam Hüseynin (ə) ziyarətgahının nəzdində universitet açılıb

Müqəddəs İmam Hüseyn ziyarətgahı Kərbəla şəhərində ziyarətgahın nəzdində olan "Varisul-Ənbiya" adlı universitetin rəsmi açılış mərasimini qeyd edib.

İslaminSesi.info İmam Hüseynin (ə) hərəminin saytına istinadən bildirir ki, Müqəddəs İmam Hüseyn ziyarətgahı Kərbəla şəhərində ziyarətgahın nəzdində olan "Varisul-Ənbiya" Universitetinin rəsmi açılış mərasimini qeyd edib.

Kərbəla-Bağdad yolunun üstündə yerləşən bu universitetdə tibb, iqtisadiyyat, həndəsə, idarə etmə və hüquq fakultələri olacaq.

Universitet direktoru Nofəl əl-Ərəci rəsmilər qarşısında öz açıqlamasında Universitetin hədəfinin ilk növbədə qazanc deyil, ixtisaslaşdırılmış və səmərəli kadrların yetişdirilməsi olduğunu bildirib.

Həmçinin direktor əlavə edib ki, Universitet yerləşmə, siniflər, dərs vəsaitləri, ağıllı lövhələr və soyutma baxımından beynəlxaq standandartlara uyğun dizayn edilmiş, həmçinin müasir avadanlıqlarla təchiz edilmişdir.

Universitetin əsas məqsədi tələbələrin praktiki təhsili, həmçinin nəzəri mühazirələrdir deyən direktor universitet daxilində qızlar üçün də daxili şəraitin yaradıldlğlnı deyib. Həmçinin universitet daxilində xarici şöbələr də yaradılıb. 

Universitet daxilində tələbələrin pulsuz daşınması xidməti də fəaliyyət göstərəcəkdir.

Nofəl əl-Ərəci birinci dərs ilində qız və oğlan olaraq 1000 tələbənin dərs alacağını və Universitetin klassik təhsil metodlarını dəyişdirmək üçün xarici universitetlərlə sıx əlaqə quracaqlarını vurğulayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system