NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Imam Hüseynin (ə) Kərbəlaya yetişməsi – Unudulmayan tarix

Oxundu: 1283
Imam Hüseynin (ə) Kərbəlaya yetişməsi – Unudulmayan tarix

Bu gün İmamın (ə) Kərbəla çölünə gəlib çatdığı gündür.

İslaminSesi.infoBu gün hicri təqvimi ilə məhərrəm ayının 2-sidir. İslam tarixşünasları İmam Hüseynin (ə) karvanının məhz məhərrəm ayının ikisində Kərbəla çölünə daxil olduğunu deyiblər. Rəcəb ayında Mədinədən, zilhiccənin ilk 10günlüyündə Məkkədən ayrılan İmam (ə) artıq bu gün Kərbəla adlı yerə yetişir. Bu gün Kərbəlanın ilk günüdür!

 

 

Hədəsilərə əsasən İmam Kərbəla səhrasına çatanda, bölgənin adını soruşur. Bölgənin Ğadiriyyə adlandığını deyirlər. Digər bir ada malik olduğunu soruşanda isə oranın Şatiul-Fərat (Fərat sahili) adlanmasını bildirirlər. İmam bu bölgənin daha bir ada malik olmasını soruşanda, ona buraya bəzən Kərbəla da deyildiyini çatdırırlar. Bu zaman İmam ay çəkərək buyurur:

 

“Allaha and olsun Kərbəla torpağı budur. And olsun ki bizim oğullarımızı burda öldürəcəklər və qadın və uşaqlarımız burada əsir götürəcəklər. Burada bizim hörmətimiz ayaq altına atılacaq. Ey kişilər atlardan düşün ki bizim qəbirlərimizin yeri elə buradır”

 

Tarixşünaslar məhərrəm ayının iksində İmam Hüseynin qiyamı ilə bağlılığı olan digər bir hadisənin, küfəlilərə daha bir mətubun yazılması olduğunu bəyan ediblər. İmam bu gündə küfəlilərə daha bir məktub yazaraq, Qeys ibni Müsəhhərlə göndərir. Amma Qeys məqsədə çatmamış tutulur və şəhid edilir.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system