İmam Hüseynin (ə) Aşura günündə İmam Səccada (ə) öyrətdiyi mühüm dua

Oxundu: 195
İmam Hüseynin (ə) Aşura günündə İmam Səccada (ə) öyrətdiyi mühüm dua

İmam Səccad (ə) buyurub ki, Atam Aşura günü şəhid olamğa yaxın vaxtda qanlar içində mənim yanıma gəldi və məni bağrına basıb mühüm bir dua öyrətdi.

 

İslaminSesi.info- Aşura günü İmam Hüseynlə (ə) birgə demək olarki, Əhli Beyt gənclərinin hamısı şəhid olmuşdu. İmam Səccad (ə) isə Allahın hikməti ilə və İmamın (ə) icazəsi olmadığı üçün döyüşə qatılmadı. İmam Səccad (ə) xeymədə xəstə və qizdırmalı halda yatırdı.

 

İmam Səccad (ə) buyurur ki: "Atam Aşura günü şəhadətindən bir az qabaq qanlar içində mənim yanıma gəldi və məni bağrına basıb mənə mühüm bir dua öyrətdi".

Bu rəvayət bir çox dua kitablarında qeyd olunub. Həmçinin bu duanı Qutb Ravəndi özünün “Dualar” kitabında İmam Səccadın (ə) dilindən rəvayət edib.

 

İmam Səccad (ə):

 Atam Aşura günü şəhadətindən bir az qabaq qanlar içində mənim yanıma gəldi və məni bağrına basıb mənə mühüm bir dua öyrətdi. Atam buyurdu: Çox mühüm bir hacətin olanda, çətinliyə düşəndə, sənə qəm-qüssə üz verəndə bu duanı oxu. Bu duanı mənə anam (ə) onada Allah Rəsulu (s), onada Cəbrayıl (ə) öyrədib. Bu duanı öyrən:

 

بِحَقِ‏ یس‏ وَ الْقُرْآنِ‏ الْحَکِیمِ‏ وَ بِحَقِ‏ طه‏ وَ الْقُرْآنِ الْعَظِیمِ یَا مَنْ یَقْدِرُ عَلَى حَوَائِجِ السَّائِلِینَ یَا مَنْ یَعْلَمُ مَا فِی الضَّمِیرِ یَا مُنَفِّسُ عَنِ الْمَکْرُوبِینَ یَا مُفَرِّجُ عَنِ الْمَغْمُومِینَ یَا رَاحِمَ الشَّیْخِ الْکَبِیرِ یَا رَازِق‏ یَا رَازِقَ الطِّفْلِ الصَّغِیرِ یَا مَنْ لَا یَحْتَاجُ إِلَى التَّفْسِیرِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّد.

 

Bi həqqi Yasin. Vəl-Quranil-Həkim. Və bihəqqi TaHa. Vəl-Quranil-Əzim. Ya mən yəqdiru alə həvaicis-sailin. Ya mən yələmu mə fiz-zamir. Ya Munəffəsu anil-məkrubin. Ya Mufərricu anil-məğmumin. Ya Rahiməş-şeyxil-kəbir. Ya Razirə Ya Raziqət-tıflis-sağir. Ya mən la yəhtacu ilət-təfsir. Salli alə Muhəmmədin və Ali Muhəmməd.

 

Tərcüməsi:

 "İlahi Yasinə xatir, Qurani-Kərim, Taha və Qurani-Əzimə xatir, Ey diləyənlərin ehtiyaclarını yerinə yetirən, Ey qəlblərdə olanları bilən, Ey çətinlikləri və bəlaları aradan qaldıran, Ey qəmliləri şad edən, Ey qocalara rəhm edən, Ey körpəyə ruzi verən, Ey təfsir və izaha ehtiyacı olmayan Allah Məhəmməd və Ailəsinə salam göndər və məni….” Bu zaman duanı oxuyan şəxs öz istəklərini dilər gətirər.

 

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system