NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İmam Həsən Əskərinin (ə) pak hərəmini milyonlarla insan ziyarət edib

Oxundu: 213
İmam Həsən Əskərinin (ə) pak hərəmini milyonlarla insan ziyarət edib

Bu gün hicri təqvimi ilə rəbiul-əvvəl ayının 8-i, 11-ci imam İmam Həsən Əskərinin (ə) şəhadət günüdür.

“İslaminSesi” “alkawthartv”-nin İraq bürosunun verdiyi məlumata istinadən xəbər verir ki, şəhadət günləri ərəfəsində İraqın Samirra şəhərində böyük izdiham yaşanıb.

 

Verilən məlumatlara əsasən son bir neçə gün ərzində, xüsusən də cüməaxşamı və cümə günündə İmam Həsən Əskəri (ə) və atası 10-cu İmam Əliyyən Nəqi (ə)-ın pak məzarlarını milyonlarla zəvvar ziyarət edib.

 

Şəhadət günləri ərəfəsində hərəmdə əzadarlıq məclisləri keçirilib, maarifləndirici elmi mühazirələr oxunub.

 

İraq polisinin verdiyi məlumata görə hərəmin təhlükəsizliyini “Həşdu-Şabi” (könüllü xalq ordusu) təmin edib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system