NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İmam Hadı (ə)-ın yadıgarı - "Camieyi-Kəbirə" ziyarətnaməsi (video)

Oxundu: 156
İmam Hadı (ə)-ın yadıgarı -

Digər ziyarətlər arasında əhatəliliyə malik olan Camieyi-Kəbirə ziyarəti bir xas məkana və imama aid deyil və onu hər bir məkanda və bütün imamların ziyarətləri üçün oxumaq olar.

 

Allah-Taala bəzi peyğəmbərləri uşaqlıqda peyğəmbərliyə təyin edirdi ki, peyğəmbərlik məsələsinin səy nəticəsində əldə olunmaması aydınlaşsın və bəzi imamlar da uşaqlıq dövründə imamlığa təyin edilirdilər.

Uşaq ikən vilayətə çatmış ilk imam İmam Məhəmməd Təqi(ə) olub və uşaqlıqda imamlığa çatmış ikinci imam da İmam Hadi Əl-Nəqi(ə) olubdur ki, səkkiz yaşında ikən atası şəhid oldu və məhz o zaman imamlığa təyin olundu.

İmam Məhəmməd Təqi(ə) Bağdadda şəhid olarkən İmam Hadı(ə) Mədinədə idi, lakin imamın ətrafındakılar gördülər ki, İmam Hadı(ə) ağlayır və göz yaşları axıdır. Dəlilini imamdan soruşarkən buyurdu: Özümdə əvvəllər malik olmadığım bir aləmi gördüm və bu, imamın Allah ilə əlaqəsi aləmi və onun imamlığının başlanğıcı idi.

Bəzi imamların uşaqlıqda imamlığa çatmalarının rəmzi bəşəriyyətin istiqamətləndirilməsidir, zira bu məsələ ilə möminlərin ürəkləri arxayın, inadkarlar üçün də bir ultimatum olacaq və bu, ona görədir ki, hamı bu məsələnin qeybin əlində olduğunu yəqin edir və İmam(ə) Allahın sözçüsüdür.

Mütəvəkkil Abbasi Yəzid və İbn Ziyaddan heç də az xəbislik və rəzilliyə malik deyildi. Belə ki, əgər bir kəs övladının adını Əli qoyardısa, onun evini yıxardı. İmam Hadi bu repressiya atmosferində din gəmisini bu təhlükəli döngədən yaxşı tərzdə keçirdi.

İmam Hadı(ə) vəkillər təyin edib, nümayəndələr seçməklə bütün İslam Dünyasında öz şiələrinin fikrində idi ki, Həzrəti Əbdüləzim(ə) də imam(ə)-ın mükafatlanmış nümayəndələrindən idi.

Camieyi-Kəbirə ziyarəti ziyarətlər arasında əhatəliliyə malikdir və bu əhatəlilik həm deyiliş, həm də imamlıq sirləri baxımından imamlıq dərəcəsinin cəhətlərindəndir.
Bu ziyarət İmam Hadı(ə)-dan bir yadigardır və xas məkana və imama aid deyil. Mərhum Mərəşi öz vəsiyyətnaməsində yazıb ki, azı həftədə bir dəfə Camieyi-Kəbirəni oxuyun. Cənab Behcət də Həzrəti Məsumə(s.ə)-nın hərəminə gedərkən bu ziyarəti oxuyardı.

Höccətulislam vəl muslimin Kazim Sədiqi

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system