NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 3796
"

İmam Əlinin (ə) Xeybər döyüşündə öldürdüyü yəhudi pəhləvan Mərhibin üzüyü auksiona çıxarılıb

Mərhib ibni Əbi-Zeynəb və ya Mərhib ibni Haris Xeybər döyüşündə İmam Əli ilə təkbətək döyüşüb, o həzrətin qılınc zərbəsi ilə məhv olan yəhudi pəhləvanıdır

İslaminSesi.info - Mərhib ibni Əbi-Zeynəb və ya Mərhib ibni Haris Xeybər döyüşündə İmam Əli ilə təkbətək döyüşüb, o həzrətin qılınc zərbəsi ilə məhv olan yəhudi qəhrəmanıdır. Tarixçi alim Diyarbəkri yazır ki o yəhudi qəhrəmanı çox cüssəli idi və döyüşçülər onun qarşısına çıxmaqdan qorxurdular. (Tarixul-Xəmis, cild-2, səh-50)

 

Təqiyyudin Miqrizi yazır ki Mərhib ölümündən bir neçə gün qabaq yuxuda bir şir tərəfindən parçalandığını görür. Həmin vaxt yəhudilər Xeybər qalalarında müsəlmanların muhasirəsində idilər. O zaman yəhudi kahinlərindən biri ona deyir ki, bu yuxunun yozmasını nəzərə alaraq, sən döyüşə çıxanda şir adlı adamın qarşısına çıxmazsan. (İmtaul-Əsma, cild-11, səh-290)

 

Amma Mərhib Xeybər döyüşünün son günündə döyüşdə İmam Əli ilə təkbətək üz-üzə gəlir və İmam Əli onu öldürür. Sonradan yəhudilər İmam Əlinin ləqəbinin Heydər (şir) olduğunu biləndə həmin kahinin yozmasını xatırlayırlar.

 

Son illərdə Səudiyyə Ərəbistanında Mərhibin üzüyü  hərraca çıxarılıb. Onun ilkin qiyməti 8 milyon riyal qoyulub. Üzüyün üzərində ivrit dilində Mərhib yazılıb. Yazının üstündə tac altında isə Yəhudi günəşi əks etdirilib. Üzüyün kənar hissəsində bir şirin ceyranı ovlaması da maraqlı məqamlardan biridir. Belə ki tarixçilər bildirir ki, bu üzüyü Mərhib düzəltdirib və uzun illər istifadə edib, amma üzüyün üzərindəki taleyə məruz qalacağını və bir “şir” tərəfindən ovlanacağı ağlına əsla gəlməyib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system