NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 228
"

İlk dəfə olaraq – Rusiya Suriyaya Su-57 qırıcılarını göndərib

Rusiya ilk dəfə olaraq Suriyaya beşinci nəsil Su-57 qırıcılarını göndərib.

İslaminSesi.info Rusiya mətbuatına istinadla xəbər verir ki, ötən günlərdə Hmeymim bazasının səmasında iki ədəd beşinci nəsil qırıcılar sinfinə aid  Su-57 hərbi təyyarəsi görünüb.

 

Hələ 2019-cu ildə Rusiya Hərbi Hava Qüvvələrinə təhvil veriləcək bu yeni qırıcıların Suriyada görünməsi təəccüb doğurub.

 

Qərb ekspertəri dərhal Rusiyanın bu addımı ilə bağlı proqnozlar veriblər.

 

Britaniya Krallığının müdafiə məsələləri üzrə araşdırmalar müəssisəsinin eksperti Custin Brankin sözlərinə görə, Rusiya bu addımla Su-57 hərbi təyyarələrini həqiqi mübarizədə sınaqdan keçirmək və gələcəkdə beynəlxalq bazarlarda satılması nəzərdə tutulan sözügedən təyyarələrinin daha yuxarı qiymətə satılmasını təmin etmək məqsədi daşıyır.

 

Ekspet həmçinin bildirib ki, ruslar bu iki təyyarənin Suriya səmasında həqiqi döyüşdə sınaqdan keçirməklə onun radarlardan xüsusilə də ABŞ-ın F-22 təyyarələrinin radarlarından nə qədər gizli qalmasını bilmək istəyirlər.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system