NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İlk dəfə olaraq - Rusiya Suriyanın hərbi gəmisini vurub

Oxundu: 1901
İlk dəfə olaraq - Rusiya Suriyanın hərbi gəmisini vurub

Hərbi təlimlər çərçivəsində Suriyanın sıradan çıxmış bir hərbi gəmisi Rusiya raketləri tərəfindən vurulub.

İslaminSesi.info Suriya mətbuatına istinadla xəbər verir ki, bu hərbi təlimlər aprelin ortalarında ABŞ, Fransa və Britaniyanın Suriyaya raketlərlə hücum etməsindən sonra həyata keçirilib. Lakin video yeni yayımlanır.

 

Qərb dövlətlərinə növbəti möhtəməl hücumla bağlı mesaj göndərmək istəyən Rusiya və Suriya tərəfi Latakiyanın Aralıq dənizi sahilində istismar müddəti bitmiş bir hərbi gəminin Rus raketləri ilə vurulmasını həyata keçiriblər.

 

Məlumata görə, hərbi gəmi Rusiyanın “CU-30SM” hərbi təyyarəsindən atılan “X-35” raketi ilə vurulub.

 

Videodan görünür ki, gəmi vurulduqdan sonra partlayış baş verir və gəmi batır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system