NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İlin sonunadək 3700 məcburi köckün ailəsi yeni mənzillərə köcürüləcək - Komitə sədri

Oxundu: 235
İlin sonunadək 3700 məcburi köckün ailəsi yeni mənzillərə köcürüləcək - Komitə sədri

İlin sonunadək məcburi köckünlər yeni mənzillərə köcürüləcək.

"İslaminSesi" xəbər verir ki, bu barədə Qacqınların və Məcburi Köckünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məlumat verib.

 

Komitə sədri "Report"a müsahibəsində bildirib ki, ilin sonuna qədər Bakı ilə yanaşı bölgələrdə məskunlaşan məcburi köckünlərin də yeni mənzilərə köcürülməsi davam edəcək. İlin sonuna qədər 3700 məcburi köckün ailəsinin dövlət komitəsi tərəfindən yeni tikilən şəhərciklərə köcürülməsi nəzərdə tutulub.

 

İlk növbədə qəzalı binalarda, zirzəmilərdə çətin şəraitdə yaşayan ailələr köçürüləcək.

 

Komitə sədri həmcinin qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən yeni şəhərciklərin tikilməsi nəzərdə tutulub. Bu mənzillər 2000 məcburi köçkün ailəsini əhatə edəcək.

 

R.Rzayev həmçinin Bayıl qəsəbəsində təhlükəli ərazidə yaşayan məcburi köçkünlərin də köçürülməsi üçün işlərin başlandığını bildirib. O, bu istiqamətdə yerli rayon icra hakimiyyətində işlərin aparıldığını və 27 ailənin köçürüləcəyini qeyd edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system