NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İlin ən dəhşətli qətl hadisəsinin təfərrüatları

Oxundu: 224
İlin ən dəhşətli qətl hadisəsinin  təfərrüatları

Bu gün səhər saatlarında Ağstafa rayonunda törədilən kütləvi qətlin təfərrüatları məlum olub.

İslaminSesi.info -nın məlumata görə, hadisə qan davası səbəbindən baş verib. Belə ki, 15 il əvvəl iki ailə arasında torpaq üstündə başlayan dava iki nəfərin ölümü ilə nəticələnib.
 
Cinayəti törədən şəxslərdən birinə ömürlük, digərinə 15 il həbs cəzası verib. 

Əmisinin qatilinin həbsdən çıxdığını öyrənən Sadıxlı kənd sakini, 25 yaşlı Elnur Süleymanov qisas almaq niyyətilə Böyük Kəsik kəndində yerləşən bazara gedərək orada Şərqiyyə Musayeva, onun oğlanları Novruz və Şəmiddini, həmçinin bazarda satıcı işləyən Ağgöl kənd sakini Zeynəb Cəlilovanı odlu silahla qətlə yetirib.

Silahlı insident zamanı daha 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir, bir nəfər kritik vəziyyətdə Gəncə xəstəxanasına köçürülüb. 

İlin ən dəhşətli qətl hadisəsini törədən E.Sülemanov polisə könüllü təslim olaraq, əməlini etiraf edib. Hazırda faktla bağlı araşdırma aparılır. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system