İkinci Dünya müharibəsi ilə bağlı yalnız 5 tarixçinin bildiyi 5 gizli fakt

Oxundu: 256
İkinci Dünya müharibəsi ilə bağlı yalnız 5 tarixçinin bildiyi 5 gizli fakt

İkinci Dünya müharibəsi 1939-cu ilin payızının ilk günlərində - 2 sentyabrda başlayaraq 1945-ci ilədək davam eləyib. 60 milyondan çox insanın ölümünə səbəb olan savaşda 61 ölkə iştirak edirdi.

Bu müddət ərzində, çox güman ki, hələ də hamıya məlum olmayan çoxsaylı maraqlı hadisə baş verib.

 

İslaminSesi va.news-republic.com-a istinadən həmin hadisələri təqdim edir:

 

1. Əvvəla, qeyd edək ki, o vaxtlar Sovet İttifaqı zirehli texnika qıtlığı var idi. Ona görə rəhbərlik düşməni ciddi şəkildə aldatmaq və adi traktorları tanka “çevirmək” qərarına gəlib. Bu hadisələrin ən diqqət çəkəni isə Hitlerin Rumıniyadakı hərbi birləşmələrindən Odessanın müdafiəsi olunması idi. Belə ki, metal təbəqələrlə örtülmüş “zirehli maşınlar” gecə vaxtı döyüşə atılmışdılar. Rumınlar qorxudan necə deyərlər, dabanlarına tüpürüb qaçırdılar.

 

2. Belə maraqlı və məşhur hadisələrdən biri də 1943-cü ildə Kursk döyüşündə baş verib. Səmada xeyli sayda sovet və düşmən təyyarələri vuruşurdu. Bu döyüşlərdən birində onlardan dörd ədəd “Bf-109” faşist təyyarəsi ilə almanların "Qara ölüm" adlandırdıqları bir “İl-2” sovet təyyarəsi qarşılaşmışdı.

 

Düşmənin qırıcıları növbə ilə “İL-2”-nin quyruğunu atəşə tutsa da, sovet təyyarəsi heç nə olmamış kimi uçmağa davam edir. Almanların komandiri təəccüblə pilotdan bu təyyarənin nəyə görə yerə düşmədiyini soruşur. Pilot cavab verir: "Cənab polkovnik, kirpinin canı "beşinci nöqtədədir", bizdə isə dörd təyyarə var!"

 

3. Daha bir maraqlı hadisə 1944-cü ilin iyununda amerikalıların Mariana adalarına enişi zamanı baş verib. Onlar müttəfiqlərə dəstək göstərmək üçün Yaponiyanın suya yenicə buraxılmış “Taiho” aviadaşıyıcısını məhv etməyə tələsirdilər.

 

Amerikanın sualtı “Albacor” qayığı “Taiho” gəmisinin yolunu bağlamaq qərarına gəldi və lazımi məsafəni qət edərək bir neçə dəfə atəş açdı. Buna cavab olaraq "Taiho" havadan hücuma keçmək üçün bir neçə döyüşçü göndərdi.

Bunu görən yapon döyüşçülərindən biri torpedonu dayandırmaq üçün ona tərəf qaçdı, lakin bu, onları xilas etmədi - ikinci torpedo ilk atəşdəcə aviadaşıyıcını partlatdı. Bu, olduqca nadir hadisə idi.

 

4. Müharibə vaxtlarında mühasirəyə düşən Leninqrad (indiki Sankt-Peterburq) şəhərində də maraqlı hadisə baş verib. 1941-ci ilin sentyabrında Vilhelm fon Leebin başçılığı ilə faşistlər sovet əsgərlərinin hücumunu uğurla dəf edərək şəhərə hücum etdilər. Artıq 15 sentyabrda düşmən Uritsanı tutmağa müvəffəq oldu. Ardınca isə güclü hücum əməliyyatı ilə Leninqradı ələ keçirdi.

 

Ancaq ən maraqlısı o idi ki, başı müsibətlər çəkmiş əzmkar qəhrəman şəhərə təkcə sovet qoşunları yox, Hitlerin özü də yardım göstərdi. Təbii ki, özü də bilmədən. Belə ki, Hitler Leebə, cəbhədə nasistlərin əsas güclü olan 41-ci tank və 8-ci aviasiya korpuslarını ön xəttdən çıxarılmasını əmr etdi.

 

Beləliklə, mühasirədə qalan insanları aclıqdan öldürmək istəyən Fürerin səhvi nəticəsində plan baş tutmadı, 1944-cü ilin yanvarında almanlar şəhərdən böyük bir məsafəyə geri çəkildilər.

 

5. Sovet İttifaqının faşist Almaniyası üzərində qələbəsindən sonra Stalin müharibə nəticəsində təxminən 7 milyon insanın həyatını itirdiyini bildirdi. Əslində isə bu rəqəmin yanlış olduğunu hamı bilirdi. Amma heç kəs qorxusundan real rəqəmləri açıqlamaq istəmirdi.

 

Yalnız Xruşşovun hakimiyyət başına gəlişi ilə bu rəqəm 30 milyona çatdı. Bununla belə, müharibədə SSRİ-nin ümumi itkisinin 43 milyona yaxın olduğu, onlardan 25 milyonunun əsgərlərin təşkil etdiyi haqda məlumatlar da dolaşırdı.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system