İkinci Dünya müharibəsi: 4 MARAQLI FAKT - Kreml necə xilas oldu...

Oxundu: 183
İkinci Dünya müharibəsi: 4 MARAQLI FAKT - Kreml necə xilas oldu...

Hitlerin əsgərləri öz hərəkətlərinə görə hər hansı bir məsuliyyətdən azad edilmişdi və bu, almanların sovet vətəndaşları ilə istədikləri cür rəftar edə biləcəyi anlamına gəlirdi

Hər gün demək olar ki, eyni mənbələrdən verilən eyni mövzuda hadisə və məlumatlarla tanış olmağı, onları izləməyi vərdiş etmişik. Tarixdə isə daha maraqlı hadisə və faktlar var, hansı ki, çoxumuz bundan xəbərsizik. Onlardan biri də İkinci Dünya müharibəsi ilə bağlıdır. Belə hadisə və faktları ona şahidlik edən insanların dilindən eşidəndə daha maraqlı olur. Diqqəti çəkən belə faktlar hekayəyə, povestə, bir sözlə bədii əsərə, filmə çevirmək üçün fürsət də ola bilər.

 

İslaminSesi Pravda.ru-ya istinadla maraqlı faktları təqdim edir:


"Qələbə günü" haqqında

 

İndi bu bayram insanlar üçün çox mənalıdır. Elə vaxtlar olub ki, bu bayram ümumiyyətlə qeyd olunmurdu. Konkret desək, 1948-ci ildən başlayaraq adi iş günlərindən biri kimi qəbul edilirdi. Yalnız 1965-ci ildə, Qələbə gününün 20-ci ildönümündə onu kütləvi şəkildə qeyd etmək qərara alındı. Və elə o vaxtdan da 9 may tarixi qeyri-iş günü kimi qanuniləşdirildi.


Tarixçilərin yazdığına görə, bəzi veteranların aşırı dərəcədə fəalllığı səbəbindən hökumət tam 17 il boyunca bu bayramı dövlət səviyyəsində keçirməkdən imtina etmək qərarına gəlmişdi. Rəsmi olaraq belə hesab edilirdi ki, dağıdıcı müharibədən çıxan ölkəni yenidən qurmaq üçün insanlar səfərbər olmalıdır.

 

Müharibə qadınları

 

Müharibə illərində Qızıl Ordunun tərkibində 80 min qadın zabit var idi. Amma müxtəlif dövrlərdə cəbhədə olan qadınların sayı 0,6 milyondan 1 milyona qədər dəyişirdi. Onlar müharibəyə könüllü getmişdilər. Bunun nəticəsi olaraq 3 hava alayı, ehtiyatda olan atıcı alay və atıcı briqadası yaradılmışdı.
Qadınlar xüsusi snayper məktəbində də oxuyurdular. Onlar tarixə ən yaxşı atıcılar kimi düşmüşdülər. Hətta qadın dənizçilərdən ibarət bir dəstə pota da yaradılmışdı.


Qadınlar öz vəzifələrini kişilərdən heç də pis yerinə yetirmirdilər. Onlardan 87 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Tarix qadınların öz vətənləri uğrunda belə kütləvi mübarizəyə qoşulduğu başqa bir ölkə xatırlamır.

 

Hitlerin "səlib yürüşü"

 

Hitler SSRİ üzərinə hücuma bir "səlib yürüşü" kimi baxırdı. Həmin hücum həm də bir terroru xatırladırdı. Belə ki, onun əsgərləri öz hərəkətlərinə görə hər hansı bir məsuliyyətdən azad edilmişdi. Bu, almanların sovet vətəndaşları ilə istədikləri cür rəftar edə biləcəyi anlamına gəlirdi.

 

Kreml yox olmaqdan necə qurtuldu...

 

Sovet hərbçilərinin qəribə ixtiraları müharibənin ilk aylarında Kremlin yer üzündən silinməsi təhlükəsinin aradan qalxmasına yol açmışdı. Əlbəttə, burda hava şəraiti də müəyyən rol oynamışdı, amma əsas iş ixtiralarla bağlı idi.


Belə ki, almanlar ümidsiz halda paytaxt üzərindən uçurdular, onların xəritələri demək olar ki, heç nə göstərmirdi. Çünki Kreml, necə deyərlər, maskalanmış, qüllənin ulduzları və kafedral keçidlər örtüklər altında gizlədilmiş, qübbələr qara rəngə boyanmışdı. Ətraf bilnaların çoxu dekorasiya edilmiş, mavzoleyə iki mərtəbə də əlavə olunmuşdu. Kremlin binası boz, damları isə qırmızı-qəhvəyi rənglə əvəz edilmişdi. Nəticədə paytaxt çox dəyişilmiş kimi görünürdü.


İkinci Dünya müharibəsi dövründə insanlar öz ölkələri üçün canlarını verməyə hazır idilər. Onlar həm də müxtəlif fəndlərdən istifadə etməklə sonadək vuruşdular. Hərbçilərin sırasına könüllü olaraq qoşulan, çox hallarda ataları və qardaşları ilə bir sırada olan qadınlar canlarını əsirgəmirdilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system