İki il öncə arı sancmasından ölən gəncin valideynləri suallarına cavab axtarır

Oxundu: 235
İki il öncə arı sancmasından ölən gəncin valideynləri suallarına cavab axtarır

Gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib

 2017-ci ildə arı sancması nəticəsində qolu şişdiyi üçün həkim tərəfindən əməliyyata salınan və dünyasını dəyişən 25 yaşlı Cavid İmanlının ailəsi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımova ünvanladıqları suallara cavab ala bilmirlər.

 

Cavid İmanlı
 

İslaminSesi.info  xəbər verir    Sputnik Azərbaycan-a müraciət edən ailə bildirib ki, oğullarının ölümünə səbəb olan həkimin cəzalandırılması üçün 3 ilə yaxındır mübarizə aparsalar da, nəticə yoxdur.

 

Ailə oğullarının ölümünə səbəb kimi göstərilən xəstəliklə bağlı yaranmış suallara N.Qasımovun rəsmi cavab verməsini xahiş edir:

 

"Biz bu sualları N.Qasımovun özünə də rəsmi formada ünvanlamışıq. Ancaq cavab verilmir. Biz öyrənmək istəyirik ki, bir arının sancmasından 3 gün keçdikdən sonra 25 yaşında olan cavan adamın aneflaktik şok keçirməsi mümkündürmü? Sağ qolun çiyin nahiyyəsində əzələdən bir arının sancması 3 gün ərzində fleqmona yarada bilərmi? Ümumiyyətlə, arı sancmış adamda fleqmona olurmu, ola bilərsə, bu fleqmona (söhbət örtülü qol nahiyyəsindən gedir) hansı müddətə yaranır?

 

Arı sancmış şəxsdə allergik anamnez nəzərə alınmadan və heç bir analiz götürmədən ona hər hansı bir kimyəvi maddə və ya narkoz vurula bilərmi?

 

Arı sancmış şəxsin qol nahiyyəsində yaranan şişi punksiya edərlərmi və bunun üçün ümumi bədənə narkoz verilərmi?

 

Fleqmona diaqnozlu xəstəyə narkoz verilərmi, əgər verilərsə, hansı növ,hansı qaydada və hansı miqdarda (dozada) verilməli idi? Narkoz verilən xəstəni əməliyyat otağında deyil, reanimasiya palatasında xeyli xəstənin yanında əməliyyat etmək olarmı?"

 

Filman Həsənov
 
Cavidin atası Filman Həsənov
 

Ailə bir daha professora media vasitəsilə müraciət edərək, sualların cavablandırılmasını xahiş edib.

 

Xatırladaq ki, 2017-ci ilin oktyabrında 24 yaşlı Cavid İmanlının qolunu arı sancması nəticəsində o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib. Həkimə gedən C.İmanlını məcburi, heç bir analiz olmadan, ailəsinə məlumat vermədən əməliyyata salan həkim gəncə adi palatada digər xəstələrin yanında narkoz verərək əməliyyat etmək istəyib. Lakin gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.




Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system