NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

II Yelizavetanın 6 milyon avroluq villası satışa çıxarılıb - Maltada - FOTO

Oxundu: 219
II Yelizavetanın 6 milyon avroluq villası satışa çıxarılıb - Maltada - FOTO

Maltada Britaniya kraliçası II Yelizavetanın keçmiş evi - Quardamanca villası - satışa çıxarılıb.

İslaminSesi-nin BBC-yə istinadən verdiyi xəbərə görə, villanın qiyməti təxminən 6 milyon avro təşkil edir.

 

Ölkənin paytaxtı Valetta yaxınlığında yerləşən villa kraliçanın Britaniya xaricində "öz evi" adlandırdığı yeganə yerdir.

 

O, burada 1949-1951-ci illər arasında, hələ şahzadə olarkən yaşayıb. Ondan bir müddət öncə II Yelizaveta o zaman kral hərbi dəniz donanmasında xidmət edən və Maltaya ezam edilmiş şahzadə Filipplə ailə qurmuşdu. Kraliça burada yaşadığı müddətdə xoşbəxt olduğunu deyir.

 

Hazırda binanın ciddi təmirə ehtiyacı var.

 

1560 kvadrat metr ərazisi olan villa 1900-cü ildə tikilib. Onun ərazisində hovuz, at tövlələri, qonaq və qulluqçular üçün nəzərdə tutulmuş otaqlar var.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system