İƏT Baş katibi: ‘Xocalıda baş verən soyqırımı işğalın nəticəsidir’

Oxundu: 71
İƏT Baş katibi: ‘Xocalıda baş verən soyqırımı işğalın nəticəsidir’

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Utseymin Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın 28-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bu barədə İƏT-nin mətbuat xidmətindən məlumat verilib.

 

Baş katib vurğulayıb ki, Xocalı hadisələri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalının nəticəsidir. O, İƏT Xarici İşlər Nazirləri Şurasının öncəki iclaslarında, o cümlədən 2019-cu ildə Əbu-Dabidə keçirilən 46-cı iclasında və İslam Zirvə Toplantısının 12-ci iclasının Qahirə Yekun Kommünikesində qəbul edilmiş qətnamələri əsas gətirib.


Qeyd edək ki, bu qətnamələrdə Azərbaycanda mülki əhaliyə qarşı törədilənlər hərbi cinayət, insanlığa qarşı cinayət və soyqırım olaraq qiymətləndirilib.


Baş katib İƏT-nin Azərbaycan ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpa edilməsi üzrə təşəbbüs və səyləri tam dəstəkləndiyini bir daha vurğulayıb./“Report”/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system