NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İdxal edilən dərmanların gömrük dəyəri bahalaşıb

İdxal edilən dərmanların gömrük dəyəri bahalaşıb

Cari ilin yanvar-fevral ayında 2 milyon 81 min ton əczaçılıq məhsulu idxal edilib.

"İslaminSesi.info" Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 349 min ton və ya 20,1% artıb.

 

Əczaçılıq məhsullarının idxalına sərf olunan xərclər yüksəlib. Ötən ilin yanvar-fevral ayları ərzində 1 milyon 732 min ton əczaçılıq məhsuluna 25 milyon 132 min dollar (42 milyon 724 min 400 manat) xərclənibsə, bu il 2 milyon 81 min ton məhsula 44 milyon 990 min dollar (76 milyon 483 min manat) sərf edilib.

 

Beləliklə, 20,1% idxal həcminin artımına qarşı 79% dəyər artımı baş verib. 

 

Qeyd edək ötən il əczaçılıq məhsullarının ümumi idxala nisbəti 2,59% idisə, hazırda bu faiz nisbəti 3,10% təşkil edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system