İdlibdə yeni "kimyəvi hücum" səhnələşdirilir - Rusiyadan böyük təxribat xəbərdarlığı

Oxundu: 116
İdlibdə yeni

Rusiya İdlibdə "ən-Nusra Cəbhəsi" ilə "Ağ Dəbilqəlilər" arasında kimyəvi hücumların səhnələşdirilməsi haqda koordinasiya işlərinin getdiyini bildirib.

İslaminSesi xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi mənbələri iddia irəli sürüblər.


Bildirilib ki, İdlibdə silahlı birləşmələr raket atanları, tanklar və zirehli texniklalarını Hələb şəhəri və Əbu-Duhur qəsəbəsi istiqamətə yönəldirlər. Həmçinin əlavə edilib ki, "ən-Nusra Cəbhəsi" (digər adı Heyət Təhrir-Şam) ilə Ağ Dəbilqəlilər arasında kimyəvi hücumun səhnələşdirilməsilə bağlı koordinasiya işləri aparılır.


Əlavə edilib ki, bu addımlardan məqsəd Suriya Ordusunun kimyəvi silahdan istifadə etməsini ehtiva edən görüntüləri təmin etməkdir.


Qeyd edək ki, Rusiya hərbi mənbələrinin məlumatına görə silahlı birləşmələr bundan öncə Suriyanın Şərqi-Quta bölgəsində və Xan-Şeyxun rayonunda kimyəvi hücumları səhnələşdirmiş və ya birbaşa həyata keçirmişdir./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system