NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İctimai nəqliyyata nəzarət gücləndirildi

Oxundu: 149
İctimai nəqliyyata nəzarət gücləndirildi

Bakı Nəqliyyat Agentliyi (BNA) ötən gecədən başlayaraq müşahidə edilən güclü küləkli hava şəraiti ilə əlaqədar şəhər yollarında ictimai nəqliyyat infrastrukturuna nəzarəti artırıb. Bu barədə BNA-dan bildirilib.

Məlumata görə, küləyin təsirindən yarana biləcək xoşagəlməz halların vaxtında aşkar edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Bu məqsədlə Agentliyin mobil qrupları yol nişanları və avtobus dayanacaq pavilyonlarına baxış keçirir.

 

“Bu cür hava şəraitinin davam etdiyini nəzərə alaraq sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.

 

Sürücülərə isə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər”, - deyə məlumatda qeyd edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system