NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İcbari tibbi sığortaya daxil olmayan baza zərfi açıqlandı

Oxundu: 126
İcbari tibbi sığortaya daxil olmayan baza zərfi açıqlandı

Xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi vacibdir.

Bunu  açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib.

 

Onun sözlərinə görə, xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi onların hüquqi tərəfdən sığorta münasibətlərinə hazır olması ilə bağlıdır:

 

“Bildiyiniz kimi, sığorta münasibətlərində sifarişçi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidir. İkinci tərəf isə işin icraçısı Səhiyyə Nazirliyidir. Üçüncü tərəf vətəndaşlardır ki, xəstəxanaların xidmətlərindən faydalanırlar.

 

Bu gün maliyyə mexanizmi dəyişməklə xəstəxanaların daha rahat, sərbəst işləməsi üçün hüquqi şəxs olmağa məcburdur. Çünki icraçı ilə sifarişçi öz aralarında müqavilə bağlayan zaman xəstəxanaya pulu agentlik köçürməlidir.

 

Xəstəxana publik hüquqi şəxs olmayanda müqavilə bağlamaq olmur. Əvvəl buna ehtiyac yox idi. Çünki xəstəxanalar dövlət tərəfindən maliyyələşib. Bəzən xarici şirkətin əməkdaşları xəstəxana xidmətdən yararlanır, amma ödənişi ala bilmirik. Çünki xəstəxanalar hüquqi şəxs deyil. Ona görə də xarici şirkətlər özəl xəstəxana ilə müqavilə bağlayır və sığorta ödənişlərini onlarla həll edirlər”.

 

Pərviz Abubəkirov dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsindən sonra xidmətlərin pullu olacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

 

“Vətəndaşların narahatlığına heç bir əsas yoxdur. İcbari tibbi sığorta olacaq və bizim xidmətimizin pulunu sığorta ödəyəcək. Səhiyyə Nazirliyi tərəfindən təklif olunur ki,  icbari tibbi sığortanın baza zərfinə daxil olmayan - transplantasiya, estetik, kosmetik müalicə və əməliyyatlardan başqa digər xidmətlər dövlət xəstəxanalarında pulsuz olsun. Ümumi razılığa gəlinəcək. Növbəti ildən etibarən bütün dövlət xəstəxanaları publik hüquqi şəxsə çevriləcək. Bu proses bir ilə yaxın çəkəcək”.

 

İcbari Tibbi Sığorta Agentliyindən isə bildirilib ki, icbari tibbi sığortanın baza zərfini 1829 adda tibbi xidmət əhatə edir:

 

“1186 adda tibbi xidməti əhatə etmir, bu zərf istisnalar zərfi adlanır”.

 

İcbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri haqqında bu linkdə tanış ola bilərsiniz

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system